Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin müdaxiləsindən sonra Moskvanın “Astravel” şirkətinin Azərbaycanın işğal edilmiş ərazilərinə turist səfərlərinin təşkili dayandırılıb. 
      
   Azərbaycanın Rusiyadakı səfirliyindən Xarici İşlər Nazirliyinə daxil olmuş məlumatda bildirilir ki, “Astravel” şirkəti “Ermənistanın qızıl halqası” 14 günlük turu çərçivəsində Azərbaycanın işğal edilmiş ərazilərinə də 3 günlük səyahətlər də təşkil edirmiş.
   Bununla əlaqədar səfirlik sözügedən şirkətin rəhbəri Valeri Loşşitsə müraciət edərək Azərbaycanın işğal olunmuş ərazilərinə səfərlərin təşkilinin qeyri-qanuni olduğunu izah edib.
   “Astravel” şirkətinin müxtəlif bəhanələrinə baxmayaraq, səfirlik işğal altında olan Azərbaycan ərazilərinə qeyri-qanuni səyahətlərin təşkil edilməsinin yolverilməzliyini qəti şəkildə vurğulayıb və bu cür səyahətlər zamanı Rusiya vətəndaşlarının təhlükə altına qoyulmasını nəzərə çatdırıb.
   Səfirlik tərəfindən aparılmış işin nəticəsində V.Loşşits Azərbaycanın işğal edilmiş ərazilərinə səyahətlərin dayandırıldığını bildirib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar