Noyabrın 24-25-də Türkiyənin Antalya şəhərində türkdilli ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının toplantısı keçiriləcək. Türkiyə Cümhuriyyətinin mədəniyyət və turizm naziri Ərtoğrul Günayın sədrlik edəcəyi toplantıya TÜRKSOY-un baş katibi Düsen Kaseinov, təşkilata üzv ölkələrin mədəniyyət nazirləri qatılacaq.
   Toplantıda bu il sentyabrın 16-da İstanbulda keçirilmiş türkdilli ölkələrin dövlət başçılarının zirvə görüşündə TÜRKSOY-la bağlı alınmış qərarlar, türkdilli ölkələrin müstəqillik qazanmalarının 20-ci ildönümü münasibətilə düzənlənəcək tədbirlər, 2011-ci ildə Türkmənistanın paytaxtı Aşqabadda keçirilməsi planlaşdırılan Türkdilli Ölkələrin Mədəniyyət Festivalı ilə bağlı məsələlər diqqətə alınacaq. Bundan əlavə, oktyabrın 7-8-də keçirilən TÜRKSOY-a üzv ölkələrin UNESCO Milli Komissiyaları və Komitələri Toplantısının yekun bəyannaməsi və digər məsələlər də toplantıda müzakirə olunacaq.
   
   Mehparə