Noyabrın 24-25-də Türkiyənin Antalya şəhərində TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının XXVIII rüblük toplantısı keçiriləcək. TÜRKSOY-un rüblük koordinatoru seçilmiş Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günayın rəhbərliyi və Türkiyənin ev sahibliyi ilə təşkil ediləcək iclasda TÜRKSOY-un baş katibi Düsen Kaseinovla birlikdə təşkilata üzv ölkələrin mədəniyyət nazirliklərinin nümayəndə heyətləri iştirak edəcək. Azərbaycanı toplantıda Mədəniyyət və Turizm Nazirliyinin Mədəni irs şöbəsinin müdiri Rizvan Bayramov, Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin məsləhətçisi Günay Qurbanova təmsil edəcəklər.
   Tədbirdə 2011-ci ildə türkdilli ölkələrin Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçiriləcək Beynəlxalq mədəniyyət festivalı, “2010-Əhməd-Zəki Validi Toğan İli” çərçivəsində həyata keçirilmiş tədbirlər, “2011-Abdulla Tukay İli” Proqramının reallaşdırılması, 2011-ci ildə BMT Baş Qərargahında Novruz bayramının qeyd edilməsi kimi məsələlər də diqqət mərkəzində olacaq.
   İclasda həmçinin 2011-ci il TÜRKSOY-un Fəaliyyət proqramına əlavə və dəyişikliklərin aparılması, XXVIII toplantının yekun sənədlərinin hazırlanması və digər məsələlər də ətraflı müzakirə ediləcək. Bununla yanaşı, toplantıda TÜRKSOY-un növbəti rüb üçün koordinatorunun seçilməsi, TÜRKSOY mədəniyyət nazirləri Daimi Şurasının XXIX toplantısının yeri və tarixinin müəyyənləşdirilməsinə də aydınlıq gətiriləcək.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar