Dekabrın 8-də İsveçin paytaxtı Stokholmda ənənəvi Nobel mükafatlarının təqdimetmə mərasimi ərəfəsində Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətinə həsr olunmuş “Nobellər və Bakı nefti” fotosənədli, bədii və rəqəmsal sərgisinin açılışı olacaq. Sərgidə Nobel qardaşlarının Azərbaycandakı fəaliyyətini əks etdirən fotosənədlər bədii və rəqəmsal şəkildə nümayiş etdiriləcək.
   Mədəniyyət və Turizm Nazirliyinin, “Statoil-Abşeron” və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin təşkilati dəstəyi ilə reallaşacaq sərginin Nobellərin vətəni Stokholmda nümayişi Nobellər Ailəsi Cəmiyyəti və “Expo Org” şirkətinin təşəbbüsü ilə həyata keçiriləcək.
   Layihənin müəllifləri Azadə Hüseynova, Naidə Abbasova və Əminə Məlikovadır.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar