Azərbaycan tarixlər boyu müxtəlif faciələrlə, fəlakətlərlə üz-üzə dayanıb. Lakin onun  cəngavər  oğulları bütün bu fəlakətləri, faciələri  böyük mərdliklə, qəhrəmanlıqla dəf edərək doğma vətənimizi yağılardan qoruya biliblər. Xalqımız belə cəsur,  mərd oğullarnın adını hər zaman  uca tutmuş, onları heç vaxt unutmamışdır.

Şəhidlər Xiyabanı!  İstər uşaq olsun, istərsə də böyük- fərqi yoxdur. Bura hər bir Azərbaycan vətəndaşı üçün müqəddəs bir məkandır.  Çünki burada uyuyan hər bir Azərbaycan övladının qanı öz vətəninin, öz torpağının, öz xalqının azadlığı uğrunda axıdılıb.


Mən 1990-cı ildə Bakı şəhərində təhsil alarkən tələbə yoldaşlarımla  şəhidlərin qırxında Şəhidlər Xiyabanına getdim. Bundan sonrakı illərdə də Bakı şəhərində olarkən həmin şəhid məzarlarının üzərinə gül qoymuşam. Mən qəlbi dağlı anaların ürək parçalayan fəryadlarını, iniltilərini eşitmişəm, Şəhidlər Xiyabanında. İçin-için ağlayan ismətli gəlinlərimizi görmüşəm. Mənə elə gəldi ki, paklıq rəmzləri hesab edilən bu gəlinlər öz həyat yoldaşlarının məzarları üzərinə əyilib hıçqırıqlar içərisində  “Arxayın yat, mən sənin adına layiq övlad böyüdəyəcəyəm“ -söyləyirlər.


 Doğrudan da belə bir torpaqda yaşamağa dəyər. Onun hər bir qarışını göz-bəbəyi kimi qorumaq hər bir azərbaycanlının müqəddəs borcudur.
İndi Azərbaycana gələn hər bir qonaq ilk öncə Şəhidlər Xiyabanını ziyarət edir, bu cəsur - mərd oğulların məzarları üzərinə gül dəstələri qoyaraq onların ruhuna ehtiram göstərir.  Respublikamızın elə bir bölgəsi yoxdur ki, orada şəhidlər xiyabanı olmasın.  Bu şəhid xiyabanları xalqımızın müqəddəm and yeridir. Belə xiyabanlardan biri də  Kürdəmir rayonundadır. Bütün kürdəmirlilər kimi mən də  tez-tez bu  müqəddəs məkanı ziyarət edirəm. 20 Yanvar ərəfəsində yenə də Şəhidlər Xiyabanına getmişdim. Orada bir ana gördüm. Bu ananın ağ saçlarından və bir də vüqarlı alnından öpmək istədim, amma cəsarət etmədim. Ona görə cəsarət etmədim ki, mən o anaları göylərdən yerə göndərilmiş, saflıqdan, paklıqdan yoğrulmuş, toxunulmaz bir varlıq hesab etdim.


Biz geri qayıdarkən bir daha çevrilib xiyabana və vüqarlı heykələ bənzəyən anaya baxdım. Fikirləşdim ki, bu cür anaları və bu cür oğulları olan bir torpaq düşmən tapdağında qala bilməz.
Mənə elə gəlir ki, Şəhidlər Xiyabanı öz əzəməti, öz ucalığı, öz müqəddəsliyi ilə  o qədər yüksəkdədir ki, dünyanın hansı tərəfindən baxılsa bu əzəməti, bu ucalığı, bu müqəddəsliyi görmək olar.

Məryəm  Əliyeva,
Kürdəmir rayon MKS-nin
metodika-biblioqrafiya
şöbəsinin əməkdaşı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar