Böyük öndərə həsr olunmuş kitabın təqdimatı olub
   
   Dekabrın 8-də Azərbaycanda Atatürk Mərkəzində ulu öndər Heydər Əliyevin həyatını və dövlətçilik fəaliyyətini əks etdirən beşcildlik “Sönməz günəş” poemasının təqdimatı olub. Kitabın müəllifi şair Eldar Əliyevdir.
   
   Tədbirdə Azərbaycan Atatürk Mərkəzinin rəhbəri, Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov, Milli Məclisin deputatları Asəf Hacıyev, Sahibə Qafarova, Xalq şairi Söhrab Tahir, Prezident təqaüdçüsü, şair İlyas Tapdıq, yazıçı-publisist Salatın Əhmədli və başqaları çıxış edərək təqdim olunan kitabın məziyyətlərindən danışıblar.
   Ulu öndərin həyat yolu, nümunəvi dövlətçilik fəaliyyəti, xalqımızın tarixində əvəzolunmaz rolu natiqlər tərəfindən xüsusi vurğulanıb, ümummilli liderin bütün ictimai-siyasi fəaliyyəti dövründə ədəbiyyata, mədəniyyətə, tarixə, bütünlükdə humanitar elmlərə yüksək qiymət verdiyi qeyd olunub. Kitabın müəllifi, şair Eldar Əliyev tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib.