Müqəddimə: 26 fevral 1992-ci il. Tarix səhifəsindən silinən Xocalı şəhərinin işğal günü. Qaçqına, məcburi köçkünə çevrilmiş Xocalı sakinləri ermənilər tərəfindən kütləvi qırğına məruz qalmışdır. Ermənilərin törətdikləri bu vəhşiliyi dünya ictimaiyyətinə çatdırmalıyıq. Zamanında Xocalı sakinləri ilə görüşən əcnəbi jurnalistlər bunları bütünlüklə öz yazılarında qeyd ediblər. “Xocalı soyqırımı dünyada necə qarşılanır?” sualına məncə dünyanın qabaqcıl mətbuat orqanları və agentliklərinin məlumatlarından aşağıda gətirilən sitatlar əyani şəkildə cavab verə bilər.
   
   
   Tomas QOLTS, Ağdam, Azərbaycan, 27 Fevral:
   
   “Stepanakertin şimal-qərbində yerləşən və 6.000 nəfər əhalisi olan Xocalı şəhərindən olan qaçqınlar hücum zamanı qadın və uşaqlar daxil olmaqla 500 nəfərin öldürüldüyünü dedilər. Ağdam məscidinin direktoru Səid Sadıqov bildirdi ki, Xocalı şəhərindən olan qaçqınlar çərşənbə günündən bəri onun məscidinə 477 meyit gətiriblər.
   Bakı rəsmiləri Xocalıda 100 nəfərin öldürüldüyünü iddia edir, erməni rəsmiləri isə öz paytaxtları İrəvandan bildirirlər ki, cəmi 2 azərbaycanlı qətlə yetirilib. Bakı rəsmisi bildirdi ki, onun hökuməti ölülərin dəqiq sayını bilən zaman azərbaycanlıların qəzəblənəcəyindən narahatdır.
   Bu gün burada gördüyümüz 7 cənazədən ikisi uşaq, üçü qadın idi. Ağdam xəstəxanasında müalicə olunan digər 120 qaçqın ağır yaralardan əziyyət çəkir.
   Raziyə Aslanova Ağdama çərşənbə günü gecə çatıb. O, dedi ki, çərşənbə axşamı gecə Xocalıya hücuma keçən ermənilər dayanmadan atırdılar. Onun əri və kürəkəni öldürülmüş, qızı itkin düşmüşdür...”
   
   “İndependent”, 29 Fevral 1992 Elen Vomak:
   
   “Ağdamdakı “Röyter”in müxbiri Elif Kaban məlumat vermişdir ki, çərşənbə qırğınından sonra azərilər onlarla insan dəfn edirdilər, hansılar ki, bu bölgənin ikinci böyük yaşayış mərkəzi olan Xocalı şəhərinin ermənilər tərəfindən işğalı zamanı öldürülmüşdü. Dəfndə iştirak edənlərdən biri jurnalistlərin üstünə qışqıraraq demişdir: "Dünya burada baş verənlərə göz yumur. Biz ölürük, siz isə baxırsız."
   
   Tomas QOLTS, Ağdam, Azərbaycan:
   
   “Sağ qalanların sözlərinə görə, erməni əsgərləri 450-dən çox azərbaycanlıya atəş açmış və süngüdən keçirmişlər. Onların çoxu uşaq və qadınlar idi. Yüzlərlə, bəlkə də minlərlə insan itkin düşmüş və ölmüşdür.
   İşğalçılar qadın və uşaqları müdafiə edən əsgərləri və könüllüləri öldürmüşlər. Sonra onlar qorxudan əsən qaçqınlara atəş açmağa başlayıblar. Sağ qalanlardan bir neçəsi baş verənləri belə təsvir etdi: "Elə əsl qırğın belə başladı. Ermənilər dayanmadan atırdılar. Sonra onlar içəri daxil oldu, bıçaq və süngü ilə adamları dorğamağa başladılar". Bu, sağ qalan üç əsgərdən biri olan Azər Hacıyevin dedikləri idi...”
   
   “Tayms”, 2 mart 1992. “Qarabağda cənazə təpələri”
   
   “Biz Dağlıq Qarabağın qarla örtülmüş dağlarından aşağı düşərkən səpələnmiş meyitləri gördük. Görünür, qaçqınlar qaçarkən onlara atəş açmışdılar. Bu hadisədən sonra jurnalistlər azərbaycanlı operator tərəfindən çəkilmiş kadrlara baxdılar. Kadrlarda bizim keçdiyimiz həmin dağların müxtəlif hissələrində onlarla insan cənazələri əks etdirilirdi.
   Azərbaycanlılar iddia edir ki, keçən həftə ermənilər tərəfindən işğal olunan Xocalı şəhərindən qaçan azərbaycanlıların kütləvi qırğını zamanı ən azı 1000 nəfər öldürülüb. Daha 4000-nəfər yaralanmış, donub ölmüş, yaxud itkin düşmüşdür...“
   
   “Vaşinqton Post”, 2 Mart 1992
   
   “Erməni basqınları azərilərin ölümü və qaçqın düşməsi ilə nəticələnir.
   Xocalının 10.000 əhalisindən təxminən 1000 nəfəri erməni ordusunun çərşənbə axşamı həyata keçirdiyi hücum zamanı qətlə yetirilmişdir. Azərbaycan Televiziyası Xocalı ərazisindən cənazələrin yük maşınları ilə evakuasiyasını göstərmişdir.”
   
   “Nyu-York Tayms”, 3 Mart 1992
   
   Ermənilərin törətdiyi qırğın
   Ağdam, Azərbaycan, 2 Mart (“Röyter”) - Azərbaycanın ermənilərin üstünlük təşkil etdiyi Dağlıq Qarabağ bölgəsində erməni hərbçilərinin mülki vətəndaşlara qarşı törətdiyi soyqırım haqqında bu gün yeni bir sübut əldə olunmuşdur...”
   
   “Vaşinqton Tayms”, 3 Mart 1992
   
   “Vəhşiliklər Azərbaycanı dəhşətə gətirir”
   
   Brayn KİLLEN, Ağdam, Azərbaycan
   
   “Dağlıq Qarabağda onlarla insan meyitləri səpələnmişdir və bu, bu mübahisəli ərazi uğrunda 4 ildən bəri döyüşlərdə törədilmiş ən dəhşətli soyqırımın sübutudur.
   Bu şəhərdən yenicə qayıdan Azərbaycan rəsmiləri özləri ilə 3 uşaq meyiti gətiriblər və onların başlarının arxa hissəsi tamamilə dağıdılıb.“
   
   “Boston Qlob”, 3 Mart 1992
   Pol Kuin - Cac, Bakı, Azərbaycan
   “Dünən Azərbaycan erməni hərbçlərini keçən həftə kişi, qadın və uşaqları Dağlıq Qarabağdakı bir şəhərdən çıxarmaqda və onları qətlə yetirməkdə ittiham etdi.
   Azərbaycan rəsmiləri Xocalı şəhərində 1000 nəfər azərbaycanlı öldürüldüyünü və qarla örtülmüş dağlardan qaçan kişi, qadın və uşaqların erməni hərbçiləri tərəfindən öldürüldüyünü deyir...”
   
   Eyc, Melburn, 6 Mart 1992
   Elen VOMAK, Ağdam, Azərbaycan, çərşənbə axşamı
   
   “Şəhidlərin dəqiq sayı hələ də məlum olmasa da ötən həftə Ermənistan ordusunun Dağlıq Qarabağın qarlı dağlarında dinc azərbaycanlılara qarşı soyqırım törətdiyi ehtimal olunur.
   Ağdamla sərhəddə yerləşən Xocalı şəhərindən olan qaçqınlar fevralın 25-i gecə ermənilər tərəfindən onların evlərinə edilən hücumu təsdiq edən küllü miqdarda faktlar söyləyir. Onlar bildirir ki, ermənilər onları qaçmağa məcbur etmiş və ətrafdakı meşələrdə güllələmişdir. Dünən mən qəbiristanlıqların birində təzə qazılmış 75 qəbir gördüm. Ondan bir gün əvvəl isə Ağdam məscidində deşik-deşik olunmuş 4 meyit görmüşdük. Biz həmçinin vaqonlardan ibarət olan müvəqqəti xəstəxanalarda güllə yaraları almış qadın və uşaqları gördük…
   
   “Nyu-York Tayms”, 6 mart 1992
   

   Azərbaycanda vida mərasimi
   "Azərbaycanın Ağdam şəhərindəki qəbiristanlıqda ermənilərin Dağlıq Qarabağda törətdiyi soyqırım qurbanları dəfn olunan zaman onların ailə üzvləri və dostları matəm içindədir.
   Çingiz İsgəndərov qardaşının cənazəsi olan tabutu qucaqlamışdı. Cənazənin üstündə isə Quranın surəti var idi...”
   
   Hazırladı: ELMİN







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar