Və ya Düsseldorf gündəliyi
Svetlana Babarəhim qızı İsmayılova. ...Bu ad mətbuat və kino dünyasında çoxlarına məlumdu. Xeyirxahlıq və səmimilik onun varlığının təməlini təşkil edir. Svetlana xanım dünyanı fərdi, maraqlı baxışla müşahidə edir. Hadisələrin müsbət tərəflərinə meyil edir, müsbət emosiyalarını adamlarla bölüşməyi bacarır. Svetlana xanım dünyaya işıqlı nəzərlərlə baxdığındandır ki, yaxşı insanlarla rastlaşır.
Svetlana Babarəhim qızı Rəhimova 1939-cu ildə Bakı şəhərində anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirib. Tələbəlik illərindən müntəzəm olaraq mətbuatda çıxış edir. Yazılarının əsas mövzusunu kino musiqisi təşkil edib.
1963-cü ildə Azərbaycan Elmlər Akademiyası Memarlıq və İncəsənət İnstitutunun kino sənəti üzrə dissertantı olmuş, «Azərbaycan gəncləri» qəzetində ədəbi işçi və şöbə müdiri, Azərbaycan Sovet Ensiklopediyası baş redaksiyasının İncəsənət şöbəsinin elmi redaktor işləmişdir.
O, sanballı məqalələrlə yanaşı, bir çox sənədli animasiya filmlərinin və «Mozalan» satirik kinojurnalı süjetlərinin də müəllifi olmuşdu. 70-ə qədər filmin rus dilindən Azərbaycan dilinə tərcüməçisi, «İncəsənət əbədi və ölməzdir», «Çinarım mənim», «Vaxt var idi...» kimi kitabların müəllifidir.
Svetlana xanımın ssenarisi əsasında Azərbaycanın görkəmli alim və yazıçılarının həyatından bəhs edən silsilə sənədli filmlər çəkilib. Görkəmli yazıçımız Əzizə Cəfərzadənin həyatından bəhs edən «Ağ saçların işığı», tarix elmləri doktoru Püstə xanım Əzizbəyova haqqında «Dünyanı gözəllik xilas edəcək» adlı sənədli filmlər xüsusilə diqqətə layiqdir. O, Kür çayına həsr edilmiş «Anam Kür» sənədli filminin ssenarisinə görə akademik Həsən Əliyev mükafatına layiq görülüb.
Svetlana xanım «Həsən bəy Zərdabi», «Qızıl qələm», «Xan qızı Natəvan», «Vətən» «Azərbaycan bayrağı» mükafatlarının sahibidir. Azərbaycan kino sənətində xidmətlərinə görə rejissor Arif Babayev adına diplomla da təltif olunmuşdur.
O, 1984-2001-ci illər ərzində Svetlana xanım «Azərbaycanfilm» kinostudiyasında aparıcı redaktor vəzifəsində işləyib. Həmçinin Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin müəllim işləmişdi. Svetlana xanım tələbələrin ən yaxın dostu olub. Onun evi tələbələrin yaradıcılıq ocağına çevirilmişdi.
Svetlana xanım 2004-cü ildən Almaniyanın Düseldorf şəhərində yaşayır. Kino sənətinə olan məhəbbət onu burada da tərk etməmişdir. O, Düsseldorf kino sənəti biliciləri klubunun rus dili bölməsinin üzvüdür. Azərbaycan kinosunun təbliği ilə məşğul olur.
Svetlana xanım həm də gözəl anadı. Qızları Samirə və Elnarə Almaniyanın Köln və Essen Konservatoriyalarının müəllimləridir. Almaniyanın və Avropanın bir çox şəhərlərində konsert proqramı ilə çıxış edirlər.
Baxmayaraq ki, Svetlana xanım Azərbaycandan uzaqdadı, dostları hər zaman onu böyük hörmətlə xatırlayır, səbirsizliklə yolunu gözləyirlər.
Xədicə Qarayeva