Dekabrın 25-də Türkiyənin Kocaeli vilayətindəki Kartəpə bələdiyyəsinin ərazisində ümummilli liderimiz, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin xatirəsinə salınan parkın açılış mərasimi keçiriləcək.
   Kartəpə bələdiyyəsinin sədri Şükrü Karabalık jurnalistlərə müsahibəsində basketbol, futbol meydançalarının da olacağı parkda geniş yaşıllaşdırılma işləri görüldüyünü, müxtəlif növ ağaclar əkildiyini bildirib. Bələdiyyə sədri artıq parkda abadlıq və quruculuq işlərinin sona çatmaq üzrə olduğunu da qeyd edib.
   Ş.Karabalık türk dünyasının dahi şəxsiyyəti, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin adını dayıyacaq yeni parkın iki ölkə arasındakı dostluq və qardaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə töhfə verəcəyini vurğulayıb.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar