Müsəlman dünyasının böyük elmi nailiyyətlərindən
  
   Riyaziyyat
  
   Riyaziyyat elminin inkişafında da müsəlman alimlərinin möhtəşəm yenilikləri olmuşdur. Həmin yeniliklər bu gün də Avropanın diqqətini cəlb edir. Ədalətli Qərb alimləri riyaziyyatın inkişafına təkan vermiş müsəlman alimlərinin xidmətlərini etiraf etmişlər. Qərbin məşhur alimlərindən sayılan professor Jak Rasler haqlı yerə demişdir: «İntibahımızın riyaziyyat müəllimləri müsəlmanlardır». Tanınmış fransız alimi E.Qotye heyrətini gizlətməmişdi: «Avropanın mədəni dairələri yalnız cəbri deyil, digər riyaziyyat elmlərini də müsəlmanlardan almışlar, həqiqətən, bugünkü Qərb riyaziyyatı İslam riyaziyyatından başqa bir şey deyildir».
   Bütün dünya etiraf edir ki, cəbr elminin təməlini Xarəzmi (Əbu Abdulla Məhəmməd ibn Musa) «Cəbr və müqabilinin hesablanması haqqında qısa kitab»ı ilə cəbr elminin əsasını qoymuş, ilk dəfə sıfırdan istifadə etmişdir. İndi bütün Avropanın işlətdiyi «alqebra» sözü əl-cəbr sözündən yaranıb.
   Triqonometriya elminin əsasını qoymaq da müsəlman riyaziyyatçısı Bəttaniyə nəsib olmuşdur.
   Riyaziyyat aləmində ən çox işlənən «sinus» termininin də müəllifi müsəlman alimləridir. Şərqdə bu söz ilkin dövrlərdə «seyb» adlandırılıb.
   Triqonometriyaya tangens, kotangens və kosekans anlayışlarını Əbül-Vəfa gətirmişdir. Triqonometriya elminə aid ilk elmi kitab N.Tusiyə, dəyişən formullar İbn Yunusa məxsusdur.
   Nyutona aid edilən binon formulunu cəbr elminə XI əsrdə Ömər Xəyyam gətirmişdi.
   Onluq kəsr sistemini tapan və bu barədə ilk dəfə əsər yazan müsəlman alimi Qiyasəddin Cəmşiddir. O həm də riyazi-hesablamalarda vergüldən istifadənin müəllifidir.
   Differensial hesab da Nyutondan əvvəl Sabit bin Qürra tərəfindən kəşf edilmişdir. Həndəsi cəbrdən ilk dəfə yararlanan şəxs də bəzilərinin dediyi kimi Dekart yox, müsəlman alimi Sabit bin Qürra olmuşdur.

   Hazırladı: Xeybər Göyyallı







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar