Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Heydər Əliyev Fondunun rəhbəri kimi Azərbaycan mədəniyyətinin inkişafına göstərdiyi diqqət və qayğı yüksək qiymətləndirilməlidir. Mən ölkənizə hər səfərim zamanı daha böyük və gərəkli mədəni layihənin gerçəkləşməsinə şahidlik edirəm. Bu mənada Beynəlxalq Muğam Mərkəzini, Dövlət Xalça Muzeyini, Beynəlxalq Muğam Festivalını misal göstərə bilərəm. Bunlar çox böyük təəssürat bağışlayan mərasimlər idi. Eyni zamanda təşkilatımızla münasibətlərin inkişaf etdirilməsinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə təşəkkürümü bildirirəm.
Mən Azərbaycanın öz zəngin mədəniyyətini, adət-ənənələrini yüksək dəyərləndirdiyini bir daha bəyan edirəm. Biz Azərbaycanın adət-ənənələrinin bu səviyyədə təşviq olunması və qorunmasından çox məmnunuq. Bütün bu işlərə, təşəbbüslərə görə mən birinci xanım Mehriban Əliyevaya minnətdarlığımı bildirirəm”.