Rusiyanın Volokolamski şəhərində Sergey Bondarçuk adına VII Volokolamski Rubej Beynəlxalq kino festivalı başa çatıb. Festivalda Azərbaycanı “Salnamə” studiyasının və “Lennauçfilm” kinostudiyasının birgə istehsalı olan “Qafqaz qartalının uçuşu” sənədli filmi təmsil edib.
   “Salnamə” studiyasından bildiriblər ki, “Qafqaz qartalının uçuşu” festivalın “Rejissor işinə görə” mükafatına layiq görülüb. “Qran-pri”ni isə rusiyalı rejissor Aleksey Uçitelin “Kray” filmi qazanıb.
   II Dünya müharibəsinin qəhrəmanlarından olan hərbi pilot Hüseynbala Əliyevə həsr edilmiş “Qafqaz qartalının uçuşu” sənədli filminin rejissoru Tahir Əliyev, ssenari müəllifi Valentina Qurkalenko, operatorları Maksim Konovalçuk və Elxan Rüstəmovdur.