Herman Hesse alman-isveç yazıçısı, şairi və rəssamı olmuşdur.
   O, 1877-ci il iyulun 12-də Almaniyanın Kalv şəhərində anadan olmuşdur. 1923-cü ildə İsveçrə vətəndaşlığını qəbul etmişdir. 1946-cı ildə ”Muncuq oyunu” əsərinə görə Nobel mükafatına layiq görülmüşdür. “Steppenwolf-Yalquzaq”,”Knecht”, “Peter Kamenzid”, “Narziss und Goldmund” onun ən məşhur əsərləridir. 1955-ci ildə o „“Pour le Merite” medalı ilə təltif edilmişdir. Herman Hesse 9 avqust 1962-ci ildə uzun sürən leykomiya xəstəliyindən sonra vəfat edir və iki gün sonra Gentilianoda dəfn edilir.
   Rus yazıçısı Vasili Şukşin 25 iyul 1929-cu ildə Altay əyalətinin Biysk rayonunun Srostki kəndində kəndli ailəsində doğulub. Valideynləri - həmin ərazinin yetirmələri, ortabab kəndlilər idilər.
   60-cı illərin əvvəlində bir-birinin ardınca Şukşinin bədii əsərləri işıq üzü görməyə başladı. “Həqiqət”, “Nurlu ürəklər”, “Stepkinin məhəbbəti” hekayələri 1961, “İmtahan”, “Dirsəkli vallar”, “Jurnalistika fakültəsindən Jelya Seleznyova” əsərləri 1962-ci ildə nəşr olundu.
   1963-cü ildə “Gənc qvardiya” nəşriyyatında Şukşinin “Kənd sakinləri” adlı ilk toplusu çapdan çıxdı. Həmin il “Novıy mir” jurnalında onun iki hekayəsi dərc edildi: “Əla sürücü” və “Qrinka Malyuqin” (“Onlar Katundandırlar” silsiləsindən). Bu hekayələr əsasında Şukşin “Belə bir oğlan yaşayır” adlı ilk tammetrajlı filminin ssenarisini yazır. 1974-cü ildə Bakıda keçirilən VII Ümumittifaq kinofestivalında “Kalina Krasnaya” əsas mükafata layiq görüldü. Münsiflər heyəti öz rəyini belə açıqladı: “Yazıçı, rejissor, aktyor Şukşinin fitri və parlaq istedadı nəzərə alınnmaqla festivalın baş mükafatı, “Mosfilm”in “Kalina-Krasnaya” filminə verilir”. Ömrünün son ili Şukşin üçün həm şəxsi, həm də yaradıcı planda xüsusilə əlamətdar oldu. 1973-cü ildə o, ailəsi ilə birlikdə Pereyaslovski küçəsindəki dar mənzildən Boçkov küçəsindəki yeni, geniş mənzilə köçür. “Xarakterlər” adlı hekayələr toplusu çapdan çıxdı. Toplu proza aləmində böyük hadisəyə çevrilir və kəskin müzakirələrə rəvac verir. Q.Tovstonoqov Böyük teatrda Şukşinin “Enerjili adamlar” pyesi əsasında tamaşa hazırlayır (bu, Şukşinin teatrla ilk əməkdaşlığı idi. Buna qədər o öz müəllimi M.Romm kimi teatrı sevmirdi). Tamaşanın son məşqi 1974-cü ilin iyununda Şukşinin iştirakı ilə keçirildi və müəllifə olduqca gözəl təsir bağışladı. Yazıçı 1972-ci il oktyabrın 1-də vəfat edir.
   Frans Kafka 1883-cü il iyulun 4-də Praqanın keçmiş getto məhəlləsi olan Yozef rayonunda yəhudi ailəsində anadan olmuşdur. Onun atası Herman Kafka cənubi Çexiyada çex dilli yəhudi icmasından çıxmışdır. Kafka o dövrdə Praqada yaşayan ana dili alman olan 10 faiz əhali təbəqəsinə aid idi.
   Hələ gənc yaşlarından Kafka ədəbiyyat ilə məğşul olur. Onun ilk zamanlarda yazdığı əsərləri və gündəlikləri itmişdir. “Hökm" hekayəsini Kafka 1912-ci ildə sentyabrın 22-dən 23-nə keçən gecə səkkiz saat ərzində qələmə almağa nəsib olur. Bununla Kafka ədəbiyyatşünaslıqda mövzu və stilistik baxımdan özünü tapır. «Bir xanımın xülasəsi», «İtaətçi ilə söhbət», «Çevrilmə», «Qəsr», «Kənd həkimi», «Qətl» onun ən çox səs-küy doğuran və bu gün də təhlil edilən əsərlərindəndir. Kafkanın ətrafındakı sosial mühit o qədər pis olmasa da, hər halda onu daxilən narahat edirdi. 24 yaşlı Kafka məktublarının birində yazır: "İşimə görə o qədər narazıçılıq etmirəm, nə qədər ki, tənbəl vaxta görə". Burada oturmaq, tez-tez saata baxıb vaxtın keçməsini gözləmək, sonuncu iş dəqiqəsinin "həvəs üçün sıçrayış" olması Kafkanı büro işində sıxan amillər idi. Milenaya - sevgilisinə məktublarının birində o yazır:" Mənim xidmətim gülməli şəkildə asandır...mən bilmirəm nəyə görə pul alıram"." Frans Kafka Kirlinq sanatoriyasına gedərək 3 iyun 1924-cü ildə orada vəfat edir. Rəsmi olaraq ölüm səbəbi kimi ürək dayanması göstərilmişdir
   Fransız yazıçısı Jan Kokto 1889-cu il iyulun 11-də anadan olub.
   Keçən yüzildə fransız mədəniyyətinin yetişdirdiyi universal istedadlardan biridir, eyni zamanda şair, yazar, rəssam, ssenari yazarı, kino və teatr rejissoru, teatr nəzəriyyəçisi kimi fəaliyyət göstərib. "Şeirlər" (1920) və "Opera" (1927) adlı şeir kitablarında Koktonun o zamanlar Avropa sənətində aparıcı sənət axınları olan dadaizm və sürrealizm üslubunda yaratdığı poetik nümunələr toplanıb. "Əllamə Toma" (1923) və "Ədəbsiz uşaqlar" (1929) romanlarında o, gəncliyin problemlərinə işıq salıb. Antik miflərin yeni səpkidə işlənməsinə həsr olunmuş pyesləri ("Antiqona", "Orfey") dünyanın bir çox teatrlarında özünə səhnə ömrü qazanıb. "Orfey" (1950) və "Orfeyin vəsiyyəti" (1960) adlı filmlərdə isə Kokto rejissor və ssenari müəllifi kimi özünü sınayıb.
   Tanınmış fransız yazıçısı Aleksandr Düma daha çox macəralarla zəngin tarixi romanları ilə dünya oxucularının rəğbətini qazanmışdır. "Qraf Monte Kristo", "Üç muşketyor", "Dəmir maskalı adam", "Qara zanbaq" kimi əsərləri dəfələrlə ekranlaşdırılmışdır. Düma həmçinin dramaturq və qəzetlər üçün məqalələr yazmış peşəkar müxbir kimi də tanınır.
   Aleksandr Düma 1802-ci ilin 24 iyul tarixində Fransanın Villers-Koterets (Villers-Cotterets) şəhərciyində anadan olmuşdur. Atası Tomas-Aleksandr Düma ordu generalı, anası Mari-Lüzi Elizabet isə mehmanxana sahibinin qızı olmuşdur. Dörd yaşında ikən atasını itirən Düma anasının çəkdiyi min bir əzab-əziyyətlə böyüyür. Anasının ona yaxşı təhsil verə bilməməsinə baxmayarq, bu, gənc Dümanı onun kitablara olan sonsuz məhəbətinə heç cür təsir etməmişdir və o, əlinə düşən kitabları sonsuz həvəslə oxumuşdur. Uşaqlıq vaxtlarında anasının ona atasının Napoleonun şanlı müharibələrində nümayiş etdirdiyi qəhrəmanlıqlar haqqında ağız dolusu danışdığı maraqlı söhbətlər Dümada sərgüzəştlərə və qəhrəmanlıq motivlərinə sonsuz maraq oyatmışdır.
   
   Sabutay






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar