Prezident İlham Əliyev Xalq artisti, görkəmli tarzən, muğamların mahir ifaçısı Bəhram Süleyman oğlu Mənsurovun 100 illik yubileyinin keçirilməsi barədə sərəncam imzalayıb. Sərəncama əsasən, Mədəniyyət və Turizm Nazirliyinə Xalq artisti Bəhram Mənsurovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirmək tapşırılır.
   Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırığı verilib.
   Bəhram Mansurovun anadan olmasının 100 illiyi 2011-ci ilin fevralında tamam olur.