Prezident İlham Əliyev dekabrın 28-də Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılmasında igidlik göstərdiyinə görə kapitan Əhməd Hüseynağa oğlu Abdullayevin “İgidliyə görə” medalı ilə təltif edilməsi (ölümündən sonra) haqqında sərəncam imzalayıb. 1976-cı ildə Cəlilabad rayonunda doğulmuş Ə.Abdullayev sentyabrın 4-də cəbhə xəttinin Tərtərin Həsənqaya kəndi istiqamətində düşmən qüvvələrinin hücumu dəf edərkən şəhid olub.