Heydər Əliyev Fondu dekabrın 28-də “Buta” sarayında Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə uşaq evlərində, internat məktəblərində tərbiyə alan, valideyn himayəsindən məhrum, eləcə də qaçqın, məcburi köçkün və şəhid ailələrindən olan, habelə təhsildə fərqlənən uşaqlar üçün şənlik keçirib. 
   
   Əvvəlcə müstəqil Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin uşaqlarla unudulmaz görüşlərini əks etdirən film göstərilib.
   Bayram şənliyi aktyorların ustalıqla yaratdıqları nağıl qəhrəmanlarının igidliyi, kloun və sehrbazların şən və heyrətləndirici çıxışları, uşaqların da qoşulduqları oynaq rəqslərlə yadda qalıb. İncəsənət ustalarının, özfəaliyyət kollektivlərinin sürprizləri bayram mərasiminə xüsusi təravət gətirib.
   Uşaqlar onların şərəfinə açılmış bol bayram süfrəsindən razı qalmış, saraydan şeir, mahnı müsabiqəsində qazandıqları hədiyyələrlə, ən başlıcası isə şənlikdən aldıqları unudulmaz təəssüratla ayrılıblar. Şənliyə gəlmiş hər bir uşağa Heydər Əliyev Fondunun bayram hədiyyəsi təqdim edilib.