Yanvarın 18-də Azərbaycan İstiqlal Muzeyində 20 Yanvar faciəsinin növbəti ildönümünə həsr olunmuş fotosərgi açılacaq. Muzeydən verilən məlumata görə, sərgidə tanınmış fotoqraflar Tahir Cəfərov, Oqtay Məmmədov, Sənan Ələsgərov və başqalarının 20 Yanvar hadisələrinə həsr edilmiş fotoşəkilləri nümayiş etdiriləcək. “Tarixə çevrilmiş şəkillər” adlı sərgi yanvarın 25-dək davam edəcək.