Bakıətrafı qəsəbələrin paytaxtla əlaqəsini yaradan əsas metrostansiyalardan biri də “20 Yanvar”dır. Metrostansiyaya 20 yanvar ismini onun əvvəlki adı XI Qızıl Ordu bəxş edib. SSRİ-nin XI Qızıl Ordusu Bakıda 20 Yanvar hadisələrində XI Qızıl Ordu vəhşiliklər törətməklə metronu bu addan məhrum etdilər. Qanlı olaydan sonra metrostansiya 20 Yanvar adlandırıldı. Həmin qanlı və şərəfli gündən düz 20 il keçir. Bu vaxt ərzində “20 Yanvar” metrostansiyasının ətrafında həmin tarixi xatırlayacaq möhtəşəm bir abidə yox idi. Şəklini çəkib sizləri də tanış etdiyimiz kiçik və köhnəlmiş bu abidə istisna olmaq şərti ilə. Bu kiçik abidə adamboyu olduğundan görünməz olduğu kimi də diqqəti cəlb etmirdi. Nəhayət, 20 ildən sonra “20 Yanvar” metrostansiyasına həmin tarixi hadisəni xatırlayacaq möhtəşəm bir abidə qismət oldu. Bu abidə bura yerləşdirildikdən sonra şəkillərdən də görünür ki, metronun “20 Yanvar” stansiyasının ətrafı da abadlaşdırılıb. Metronun ətrafından qəsəbələrə avtobuslar işlədiyindən burada antisanitariya da baş alıb gedirdi. Üstəlik yeni salınmış körpü qovşağının altındakı örtüksüz dairələrin toz-torpağı ətrafı bürüyürdü. Amma abidə ilin əvvəlində bura qoyulduqdan sonra söhbət açdığımız bütün problemlər əsasən öz həllini tapdı. Şəkillərdən göründüyü kimi, abidə 20 Yanvar şəhidlərinin adına layiq səviyyədə hazırlanıb. 20 Yanvar adını daşıyan metrostansiyanın ətrafı da abadlaşdırılıb. Körpü qovşağının altındakı dairələr asfaltlanıb və dairələrə qazon, gül-çiçək əkilib. Bir sözlə, gec də olsa, 20 ildən sonra metronun “20 Yanvar” stansiyası abadlaşdırıldı və 20 Yanvar şəhidlərinin xatirəsinə hamının ürəyincə ola biləcək bir abidə qoyuldu. Bundan sonra “20 Yanvar” metrostansiyası ətrafından təsadüfən keçənlər bu abidəni ziyarət edəcək və hər an 20 Yanvar hadisəsini xatırlayacaqlar. Şəkillərdən göründüyü kimi, abidə rəsmi aşılış üçün örtüklə bürünüb. Abidənin möhtəşəm açılışı isə 20 yanvar tarixində baş tutacaq. Və həmin gün elə həmin məkanda şəhidlərimizin ruhu bir daha yad ediləcək.
   
   Aytək