Azərbaycan
   
   21 aprel 1978 - IX çağırış Azərbaycan SSR Ali Sovetinin VII növbədənkənar sessiyasında Azərbaycanın yeni Konstitusiyası qəbul edilib. Konstitusiyada ən əhəmiyyətli məqamlardan biri Azərbaycan dilinin dövlət dili elan olunması (maddə 73) idi. Bu maddənin Konstitusiyaya salınması Azərbaycan KP MK-nın 1-ci katibi Heydər Əliyevin siyasi iradəsi sayəsində mümkün olmuşdu.
   
   22 aprel 1905 - Azərbaycanın mətbuat və ictimai-siyasi tarixində mühüm rol oynamış «Həyat» qəzeti nəşrə başlayıb.
   
   22 aprel 1911 - Görkəmli fırça ustası, Xalq rəssamı Hüseyn Əliyev (1911-1991) anadan olub.
   
   22 aprel 1942 - Görkəmli aktyor, bədii qiraət ustası, rejissor Həsən Əbluç (1942-1994) anadan olub. 1994-cü il martın 13-də vəfat edib.
   
   Dünya
   
   21 aprel 1699 - Görkəmli fransız dramaturqu Jan Rasin (1639-1699) vəfat edib.
   
   21 aprel 1816 - Məşhur ingilis yazıçısı Şarlotta Bronte (1816-1855) anadan olub.
   
   21 aprel 1910 - Dünya şöhrətli Amerika yazıçısı Mark Tven (30.11.1835-1911) vəfat edib.
   
   21 aprel 1912 - Tanınmış fransız rejissoru və ssenaristi Marsel Kamyu (1912-1982) anadan olub.
   
   22 aprel 1724 - Böyük alman filosofu İmmanuel Kantın (1724-12.02.1804) doğum günüdür.
   
   22 aprel 1766 - Məşhur fransız yazıçısı Anna Luiza Jermena de Stal (1766-1817) anadan olub.
   
   22 aprel 1899 - Dünya şöhrətli rus yazıçısı Vladimir Nabokov (1899-1977) anadan olub.
   
   22 aprel 1922 - Amerika caz musiqisinin görkəmli nümayəndəsi Çarlz Maqnus (1922-1979) anadan olub.
   
   22 aprel 1945 - Tanınmış Amerika rejissoru və ssenaristi Con Uoters anadan olub.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar