Azərbaycan
   
   2 iyun 1919 - Bakı Dövlət Universitetinin kitabxanası yaradılıb.
   
   2 iyun 1979 - Kinorejissor Hüseyn Seyidzadə (1910 - 1979) vəfat edib.
   Azərbaycan kino tarixində önəmli yer tutan “O olmasın, bu olsun, “Dəli Kür”, “Yenilməz batalyon”, “Koroğlu”, “Qayınana” flimlərini çəkib.
   
   3 iyun 1957 - Yazıçı Afaq Məsud Bakıda anadan olub. 1991-ci ildən Respublika Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinə rəhbərlik edir.
   
   
   Dünya
   
   2 iyun 1740 - Dünya ədəbiyyatında qalmaqallı romanlar müəllifi və sadizm cərəyanının banisi kimi tanınan fransız yazıçısı Donaten Alfons de Sad (Donatien Alphonse François de Sade, 1740-1814) anadan olub.
   
   2 iyun 1896 - İtalyan ixtiraçı Guglelmo Markoni (Guglielmo Marchese Marconi) Amerikada ilk radioqəbuledicinin patentini alıb.
   
   2 iyun 1816 - İngilis yazıçısı, sentimental romanlar müəllifi Qreys Aqilyar (Grace Aguilar, 1816-1847) anadan olub.
   
   2 iyun 1904 - Məşhur amerikalı idmançı, üzgüçülük üzrə beş dəfə Olimpiya çempionu, dünya kinosunda isə Tarzan haqqında filmlərin baş qəhrəmanı kimi tanınan Conni Vaysmüller (Johnny Weissmuller, 1904-1984) anadan olub.
   
   2 iyun 1988 - Dünya şöhrətli hind aktyoru və rejissoru Rac Kapur (Raj Kapoor, 1924 - 1988) vəfat edib.
   
   3 iyun 1796 - Rus şairi, ədəbi tənqidçi Mixail Aleksandroviç Dmitriyev (1796-1866) anadan olub.
   
   3 iyun 1906 - Rus-sovet kinorejissoru Sergey Gerasimovun (1906-1985) doğum günüdür.
   3 iyun 1922 - Fransız kinorejissoru Alen Rene (Alain Resnais) anadan olub.
   
   3 iyun 1875 - Görkəmli fransız bəstəkarı Jorj Bize (Georges Bizet, 1838-1875) vəfat edib.
   
   3 iyun 1899 - Avstriya bəstəkarı İohann (oğul) Ştraus (Johann Baptist Straus, 1825-1899) vəfat edib.
   
   3 iyun 1924 - Alman yazıçısı (yəhudi əsilli) Frans Kafka (Franz Kafka, 1883, Praqa - 1924, Vyana) vəfat edib.
   
   3 iyun 1963 - Görkəmli türk şairi, yazıçı-dramaturq, ictimai xadim Nazim Hikmət (1902, Selanik - 1963) Moskvada vəfat edib və orada dəfn olunub.
   
   3 iyun 1977 - Məşhur italyan kinorejissoru Roberto Rossellini (Roberto Rossellini, 1906-1977) vəfat edib.