Azərbaycan
5 iyun 1925 - Şair, publisist, nasir Ağaəli Qulu oğlu Qasımov (Ağaəli Qasımlı) anadan olub.
5 iyun 1908 - Görkəmli şair Mikayıl Müşviq (Mikayıl Əbdülqadir oğlu Mikayılzadə, 1908 - 06.01.1938) anadan olub. Yeniyetmə vaxtlarından şeir yazıb, 18-20 yaşlarında populyarlıq qazanıb. On il ərzində 10 şeir və poemalar toplusu nəşr etdirib. 1937-ci ildə pantürkizm və millətçilik ittihamı ilə həbs olunub, 1938-ci il yanvarın 6-da güllələnib.
5 iyun 1939 - Xalq şairi, dramaturq, ictimai xadim Vaqif Səmədoğlu anadan olub. Lirik-fəlsəfi poeziyası ilə müasir Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur, çoxlu pyeslərin müəllifidir. 2000, 2005-ci illərdə Milli Məclisin deputatı seçilib.
5 iyun 1941 - Tanınmış aktyor, Azərbaycan kinosunda özünəməxsus iz qoymuş Hamlet Xanızadənin (1941-23.02.1990) doğum günüdür.
5 iyun 1949 - Yazıçı, kinossenarist, Əməkdar incəsənət xadimi, Dövlət mükafatı laureatı Natiq Rəsulzadə anadan olub.
7 iyun 1922 - Sovet hökumətinin qərarı ilə ədəbiyyat və nəşriyyat məsələləri üzrə baş idarə ("Qlavlit") yaradılıb. SSRİ dövründə siyasi və ideoloji senzuranın başında duran qurum sovet şair-yazıçılarına, jurnalistlərinə sosialist dəyərlərindən sapmağa imkan vermirdi. "Qlavlit" 80-ci illərin sonunda qismən ləğv edildi.
8 iyun 2002 - Rusiyanın Sankt-Peterburq şəhərində dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsi açılıb. Açılışda Azərbaycan və Rusiya prezidentləri Heydər Əliyev və Vladimir Putin iştirak edib.
Dünya
4 iyun e.ə. 469 - Qədim yunan filosofu Sokratın (Sokrates, e.ə. 469-e.ə.399) doğum günüdür.
4 iyun 1882 - Rus teatr rejissoru Fyodor Komissarjevski (1882-1954) anadan olub.
4 iyun 1975 - Amerika kinoulduzu Ancelina Coli (Angelina Jolie) anadan olub.
5 iyun 1898 - İspan şairi və dramaturqu Federiko Qarsia Lorka (Federico Garcia Lorca, 1898-1936) anadan olub.
5 iyun 1931 - Fransız kinorejissoru Jak Demi (Jacques Demy, 1931-1990) anadan olub.
5 iyun 1941 - Məşhur Polşa aktrisası (E.Ryazanovun «Taleyin ironiyası və ya həmişə təmizlikdə» filminin qəhrəmanı) Barbara Brılska (Barbara Brylska) anadan olub.
5 iyun 1946 - İtalyan kinoaktrisası Stefaniya Sandrelli anadan olub.
6 iyun 1599 - Görkəmli ispan rəssamı Dieqo Rodriqes de Silva Velaskes (Diego Rodriguez de Silva y Velazquez, 1599-1660) anadan olub.
6 iyun 1606 - Fransız dramaturqu Pyer Kornel (Pierre Corneille, 1606-1684) anadan olub.
6 iyun 1799 - Böyük rus şairi Aleksandr Sergeyeviç Puşkinin (1799-10.02.1837) doğum günüdür.
6 iyun 1875 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1929) Tomas Mann (1875-12.08.1955) anadan olub.
7 iyun 1848 - Fransız impressionist rəssamı, qrafik və heykəltəraşı Pol Qogen (Paul Gauguin, 1848-1903) anadan olub.
7 iyun 1917 - İtalyan əsilli Amerika aktyoru və müğənnisi Din Martin (Dean Martin - Dino Paul Crocetti, 1917-1995) anadan olub.
7 iyun 1933 - Tanınmış rus satirik yazıçısı və dramaturqu Arkadi Arkanov (əsl soyadı Şteynbok) anadan olub.
7 iyun 1952 - Dünya şöhrətli türk yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (2006) Orxan Pamuk anadan olub.
8 iyun 1810 - Alman bəstəkarı Robert Şumanın (1810 - 29.07.1856) doğum günüdür.
8 iyun 1829 - İngilis rəssamı Con Everett Mille (John Everett Millais, 1829-1896) anadan olub.
8 iyun 1837 - Rus rəssamı İvan Kramskoy (1837-1887) anadan olub.
8 iyun 1916 - İtalyan kinorejissoru Luici Komençini (Luigi Comencini, 1916-2005) anadan olub.