Azərbaycan
   
   9 iyun 1984 - Naxçıvanda yazıçı-dramaturq Hüseyn Cavidin ev-muzeyi açılıb.
   9 iyun 1989 - Görkəmli müğənni, Azərbaycan SSR və SSRİ-nin Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Rəşid Behbudov (14.12.1915-09.06.1989) vəfat edib.
   10 iyun 1904 - Əməkdar elm xadimi, professor Məmməd Arif Məhərrəm oğlu Dadaşzadə (Məmməd Arif) (10.06.1904-27.12.1975) anadan olub.
   10 iyun 1935 - Şair İltifat Saleh oğlu Salayev anadan olub.
   10 iyun 1938 - Şair Əli Vəkil anadan olub.
   10 iyun 1982 - Bakıda görkəmli müğənni, Xalq artisti Bülbülün xatirə muzeyi açılıb.
   
   Dünya
   
   9 iyun 1870 - Görkəmli ingilis yazıçısı Çarlz Dikkens (Charles Dickens, 1812-1870) vəfat edib.
   9 iyun 1891 - Amerika bəstəkarı, çoxsaylı müzikllər müəllifi Koul Porter (Cole Porter, 1891-1964) anadan olub.
   9 iyun 1898 - Alman əsilli İtaliya yazıçısı, ssenarist və rejissor Kursio Malaparte (əsl adı Kurt Erix Zukert, Curzio Malaparte - Kurt Erich Suckert, 1898-1957) anadan olub.
   9 iyun 1930 - Amerikanın fantast-yazıçısı Liin Karter (Lin Carter - Linwood Vrooman Carter, 1930-1988) anadan olub.
   9 iyun 1963 - Amerika kinoaktyoru və rejissoru Conni Deppin doğum günüdür.
   9 iyun 1981 - Məşhur Amerika aktrisası ((«Leon», «Ulduz müharibələri») Natali Portman (Natalie Portman - Natalie Hershlag) anadan olub.
   10 iyun 1799 - İtalyan əsilli rus rəssamı, rus akademizminin tanınmış nümayəndəsi Fyodor Antonoviç Bruni (1799-1875) anadan olub.
   10 iyun 1819 - Fransız rəssamı Jan Dezire Qustav Kurbe (Jean-Desire-Gustave Courbet) (1891-1877) anadan olub.
   10 iyun 1895 - Amerika kinoaktrisası, «Oskar» mükafatına layiq görülmüş (1940, «Küləklə sovrulanlar») ilk qaradərili artist Hetti Makdeniel (Hattie McDaniel, 1895-1952) anadan olub.
   10 iyun 1915 - Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı laureatı (1976) Sol Bellou (Saul Bellow, 1915-2005) anadan olub.
   10 iyun 1929 - Görkəmli rus müğənnisi, SSRİ-nin, Rusiya Federasiyasının və Azərbaycan SSR-in Xalq artisti Lyudmila Georgiyevna Zıkina (1929-2009) anadan olub.
   10 iyun 1936 - SSRİ-də ilk cizgi filmi istehsal edən studiya - «Soyuzmultfilm» kinostudiyası yaradılıb.
   10 iyun 1930 - Tanınmış rus rəssamı, Rusiya Boyakarlıq və Heykəltəraşlıq Akademiyasının rektoru İlya Qlazunovun doğum günüdür.
   10 iyun 2008 - Dünya şöhrətli qırğız yazıçısı, görkəmli ictimai xadim Çingiz Aytmatov (12.12.1928 - 10.06.2008) vəfat edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar