Azərbaycan
   
   25 iyun 1907 - Xalq artisti, aktrisa («Bəxtiyar» filmində Zəhra xala) Sona Hacıyeva (1907-1979) anadan olub.
   25 iyun 1930 - Şair Şərif Yusif oğlu Tahirli anadan olub.
   25 iyun 1940 - Əməkdar artist, müğənni Yaşar Abutalıb oğlu Səfərov anadan olub.
   25 iyun 2002 - "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikasının Qanunu qüvvəyə minib.
   26 iyun 1915 - Rejissor Əliheydər Əbdüləli oğlu Ələkbərov (1915 -14.03.1974) anadan olub.
   26 iyun 1929 - Həkim-yazıçı Nurəddin Məmmədbağır oğlu Rzayev Gədəbəy rayonunda anadan olub.
   27 iyun 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti «Dövlət dili haqqında» qərar qəbul edib. Azərbaycan (türk) dili ölkə ərazisində dövlət dili elan olunub.
   27 iyun 1924 - Xalq artisti, aktyor Məlik Yusif oğlu Dadaşov (27.06.1924-03.12.1996) anadan olub.
   28 iyun 1842 - Görkəmli maarifçi, alim, publisist və pedaqoq Həsən bəy Zərdabi (1842-1907) anadan olub. 1875-ci ildə «Əkinçi» qəzetinin nəşrinə başlamaqla Azərbaycanda milli mətbuatın əsasını qoyub.
   28 iyun 1914 - Xalq artisti, teatr və kino aktrisası Barat Şəkinskaya (1914-14.01.1999) Şuşada anadan olub.
   28 iyun 1925 - Xalq artisti, müğənni Gülağa Allahverdi oğlu Məmmədovun (1925-1994) doğum günüdür.
   28 iyun 1935 - Xalq artisti, rejissor, Əməkdar incəsənət xadimi Ağakişi Şəmməd oğlu Kazımov anadan olub.
   29 iyun 1913 - Xalq şairi Nigar Rəfibəyli (1913-1981) Gəncədə anadan olub. Lirik şeirləri ilə XX əsr Azərbaycan poeziyasını zənginləşdirib, xarici dillərdən bir çox poeziya nümunələrini dilimizə çevirib.
   29 iyun 1944 - Əməkdar incəsənət xadimi, şair Əliyev Çingiz Əli oğlu (Çingiz Əlioğlu) anadan olub.
   
   Dünya
   
   25 iyun 1709 - İtaliya bəstəkarı Françesko Arayya (Francesco Domenico Araia, 1709-1770) anadan olub.
   25 iyun 1903 - Məşhur ingilis yazıçısı Corc Oruell (əsl adı Erik Artur Bler, George Orwell - Eric Arthur Blair, 1903-1950) anadan olub.
   25 iyun 1963 - Yunan əsilli ingilis müğənnisi və bəstəkarı Corc Mayklın (əsl adı Georgios Panayotu, George Michael - Georgios Kyriakos Panayiotou) doğum günüdür.
   25 iyun 2009 - Dünya şöhrətli müğənni, pop musiqisinin ulduzu Maykl Cekson (Michael Jackson, 29.08.1958-25.06.2009) vəfat edib.
   26 iyun 1763 - İngilis rəssamı Corc Morland (1763-1804) anadan olub.
   26 iyun 1878 - Macar bəstəkarı Albert Şikloş (Albert Siklos - Albert Schönwald, 1878-1942) anadan olub.
   26 iyun 1892 - Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1938) laureatı Perl Bak (Pearl S. Buck, 1892-1973) anadan olub.
   26 iyun 1927 - Tanınmış rus kinorejissoru («Səhranın bəyaz günəşi» və s. filmlər) Vladimir Motıl (1927-2010) anadan olub.
   26 iyun 1950 - Eston müğənnisi, ötən əsrin 70-80-ci illərdə sovet estradasının ulduzlarından olmuş Yak Yola anadan olub.
   27 iyun 1941 - Polşa kinorejissoru Kşiştof Keselevskinin (1941-1996) doğum günüdür.
   27 iyun 1955 - Fransız aktrisası İzabel Adcani (Isabelle Yasmine Adjani) anadan olub.
   27 iyun 1983 - Rusiyanın populyar estrada müğənnisi Alsu (Alsu Rafilovna Safina) anadan olub.
   28 iyun 1577 - Görkəmli holland rəssamı Piter Paul Rubens (Peter Paul Rubens, 1577-1640) anadan olub.
   28 iyun 1867 - İtalyan yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1934) laureatı Luici Pirandello (Luigi Pirandello, 1867-1936) anadan olub.
   28 iyun 1949 - Tanınmış rus aktyoru və rejissoru Aleksandr Pankratov-Çernıy anadan olub.
   29 iyun 1900 - Fransız yazıçısı Antuan de Sent-Ekzüperi (Antoine Marie Roger, Vicomte de Saint-Exupery, 1900-1944) anadan olub.
   29 iyun 1908 - Amerika bəstəkarı Leroy Anderson (Leroy Anderson, 1908-1975) anadan olub.
   29 iyun 1957 - Kuba əsilli Amerika aktrisası və müğənnisi Mariya Konçita Alonso (Maria Conchita Alonso) anadan olub.
   29 iyun 1964 - Gürcü estrada müğənnisi Soso (İosif) Pavliaşvilinin doğum günüdür.