Azərbaycan
   
   30 iyun (yeni təqvimlə 12 iyul) 1812 - Görkəmli yazıçı, dramaturq, şair və filosof Mirzə Fətəli Axundov (1812-26.II (10.III) 1878) Şəkidə anadan olub. Yaradıcılığa şeirlə başlayıb, "Puşkinin ölümünə Şərq poeması" (1837) ilə məşhurluq qazanıb. 1850-ci illərdə yazdığı 6 komediya Azərbaycan dramaturgiyasının, 1857-ci ildə qələmə aldığı "Aldanmış kəvakib" povesti ilə realist Azərbaycan nəsrinin təməlini qoyub. 1873-cü ildə Axundovun “Lənkəran xanının vəziri” komediyasının səhnələşdirilməsi ilə Azərbaycan teatrının əsası qoyulub.
   
   1 iyul 1925 - Ədəbiyyatşünas alim, tərcüməçi Pənah İmran oğlu Xəlilov Gürcüstanın Marneuli rayonunun Sadaxlı kəndində anadan olub.
   
   1 iyul 1926 - Bakıda "Komsomol" adlı aylıq ədəbi, siyasi və elmi jurnalın 1-ci sayı çapdan çıxıb.
   
   1 iyul 1933 - Dramaturq Firudin Aşurov anadan olub.
   
   1 iyul 1935 - İctimai xadim, professor Səfiyar Bəylər oğlu Musayev (1935-1999) anadan olub.
   
   Dünya
   
   30 iyun 1685 - İngilis şairi və dramaturqu Con Gey (John Gay, 1685-1732) anadan olub.
   
   30 iyun 1789 - Fransız rəssamı Oras Verne (Horace Emile Jean Vernet, 1789-1863) anadan olub.
   
   30 iyun 1884 - Fransız yazıçısı Jorj Düamel (Georges Duhamel, 1884-1966) anadan olub.
   
   30 iyun 1911 - Polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatının (1980) laureatı Çeslav Miloşun (Czeslaw Milosz, 1911-2004) doğum günüdür.
   
   30 iyun 1918 - Amerika kinoaktrisası Süzen Heyuord (əsl adı Edit Marener) - (Susan Hayward - Edythe Marrenner, 1918-1975) anadan olub.
   1 iyul 1646 - Alman idealist filosofu, tarixçi, dilçi və riyaziyyatçı Qotfrid Vilhelm Leybnis (Gottfried Wilhelm Leibniz, 1646-1716) anadan olub.
   
   1 iyul 1751 - Fransız maarifçiləri Deni Didro və Jan Leron D’Alamber tərəfindən hazırlanan və dünya mədəniyyəti tarixində mühüm hadisə sayılan «Ensiklopediya» («Elm, incəsənət və sənətlərin izahlı lüğəti») kitabının ilk cildi çapdan çıxıb.
   
   1 iyul 1862 -Moskva Kitabxanası (Rusiya Dövlət Kitabxanası) fəaliyyətə başlayıb. Dünyanın ən böyük kitabxanalarından biridir, fondlarında 247 dildə 17 milyon kitab, ümumilikdə 43 milyon ədəd müxtəlif nəşrlər saxlanılır.
   
   1 iyul 1804 - Məşhur fransız yazıçısı Jorj Sand (əsl adı Amandina Avrora Düpen) - (George Sand - Amantine-Aurore-Lucile Dupin de Francueil, 1804-1876) anadan olub.
   
   1 iyul 1845 - Alman-macar yazıçısı Adolf Zilberşteyn (Adolf Silberstein - Adolf Ötvös, 1845-1899) anadan olub.
   
   1 iyul 1889 - Rus heykəltəraşı, məşhur «Fəhlə və kolxozçu qadın» əsərinin müəlliflərindən biri Vera Muxina (1889-1953) anadan olub.
   
   1 iyul 1892 - Amerika yazıçısı Ceyms Keyn (James Mallahan Cain, 1892-1977) anadan olub.
   
   1 iyul 1909 - Məşhur gürcü aktyoru («Əsgər atası» filmində Maxaraşvili) Serqo Zakaridze (1909-1971) anadan olub.
   
   1 iyul 1934 - Amerika aktyoru və kinorejissoru Sidni Pollakın (Sydney Pollack) doğum günüdür.
   
   1 iyul 1934 - Fransız kinorejissoru, «Oskar» mükafatı laureatı Klod Beri (Lanqmen) - (Claude Berri (Langmann) anadan olub.
   
   1 iyul 1967 - Kanadalı aktrisa, fotomodel Pamela Anderson (Pamela Denise Anderson) anadan olub.