Azərbaycan
   
   2 iyul 1892 - Yazıçı Tağı Şahbazi Simurğ (1892-1937) anadan olub. Povest və hekayələrində dini fanatizm, qadın azadlığı, mənəviyyat problemlərini təsvir edib. Stalin repressiyasının qurbanı olub.
   2 iyul 1921 - Azərbaycanda pedaqoji kadrlar hazırlayan ilk ali məktəb - Kişi Pedaqoji İnstitutu yaradılıb. Sonralar V.İ.Lenin adına Azərbaycan Dövlət Pedaqoji İnstitutu adlanıb, hazırda Azərbaycan Pedaqoji Universiteti adı ilə fəaliyyət göstərir.
   2 iyul 1922 - Azərbaycan SSR hökuməti (Mərkəzi İcraiyyə Komitəsi) yanında Yeni Türk Əlifbası Komitəsi təşkil olunub. Bir il sonra, 1923-cü il oktyabrın 20-də Azərbaycan MİK "Yeni Azərbaycan əlifbasının dövlət əlifbası kimi tanınması haqqında" dekret qəbul etdi. Latın qrafikalı əlifbaya tam keçid 1929-cu ildə reallaşdı. 1939-cu ildə onu kiril əlifbası əvəzlədi.
   3 iyul 1940 - Nasir, publisist, ssenarist Gültəkin Barıxanova anadan olub.
   3 iyul 1920 - Azərbaycan SSR İnqilab Komitəsi (müvəqqəti hökumət) ölkədə kinematoqrafiya müəssisələrinin milliləşdirilməsi haqqında dekret qəbul edib.
   6 iyul 1918 - Yazıçı-tərcüməçi Şəfiqə Ağayeva (1918-1983) anadan olub.
   
   Dünya
   
   2 iyul 1714 - Alman bəstəkarı Kristof Villibald Qlük (Christoph Willibald Ritter von Gluck, 1714-1787) anadan olub.
   2 iyul 1877 - Görkəmli alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1946) laureatı Herman Hessenin (Hermann Hesse, 1877-1962) doğum günüdür.
   2 iyul 1923 - Polyak şairi, ədəbiyyat üzrə Nobel mükafatı (1996) laureatı Vislava Şimborska (Wislawa Szymborska) anadan olub.
   2 iyul 1961 - Görkəmli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1954) laureatı Ernest Hemenquey (Ernest Miller Hemingway, 1899-1961) vəfat edib.
   2 iyul 1986 - Amerika aktrisası və müğənnisi Lindsey Lohan (Lindsay Morgan Lohan) anadan olub.
   3 iyul 1883 - Yəhudi əsilli çex-alman filosof-yazıçısı Frans Kafkanın (Franz Kafka, 1883-1924) doğum günüdür.
   3 iyul 1908 - Fransız yazıçısı və ssenaristi Toma Narsejak (əsl adı Pyer Robber Ero) - (Thomas Narcejac - Pierre Robert Ayraud, 1908-1998) anadan olub.
   3 iyul 1962 - Amerikalı aktyor, Hollivud ulduzu Tom Kruzun (Tom Cruise) doğum günüdür.
   4 iyul 1676 - İspan dramaturqu Xose Kanisares (1676-1750) anadan olub.
   4 iyul 1815 - Rus rəssamı Pavel Fedotov (1815-1852) anadan olub.
   4 iyul 1918 - Rus filosofu, kulturoloq, «Mədəniyyətlərin dialoqu» konsepsiyasının müəllifi Vladimir Bibler (1818-2000) anadan olub.
   4 iyul 1927 - Tanınmış italyan aktrisası Cina Lollobricidanın doğum günüdür.
   4 iyul 1957 - İspan aktrisası Viktoriya Abril (əsl adı Viktoriya Merida Roxas) - (Victoria Abril - Victoria Merida Rojas) anadan olub.
   5 iyul 1812 - İspan yazıçısı Antonio Qutteres (Antonio Garcia Gutierrez, 1812-1884) anadan olub.
   5 iyul 1914 - Finlandiya bəstəkarı və dirijoru Corc de Qodzinski (George de Godzinsky, 1914-1985) anadan olub.
   6 iyul 1859 - İsveç şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1916) laureatı Karl Qustav Verner fon Hendenstam (Carl Gustaf Verner von Heidenstam, 1859-1940) anadan olub.
   6 iyul 1865 - İsveçrə bəstəkarı Emil Dalkrozun (Emile Jaques-Dalcroze, 1865-1950) doğum günüdür.
   6 iyul 1887 - Yəhudi əsilli rus-fransız rəssamı, XX əsr bədii avanqardının tanınmış nümayəndəsi Mark Şaqal (Xaskeleviç, 1887-1985) anadan olub.
   6 iyul 1927 - Amerika aktrisası Canet Li (Canet Elen Morrison, 1927-2004) anadan olub.
   6 iyul 1943 - Rusiyanın görkəmli opera müğənnisi, dünya şöhrətli müğənni Müslüm Maqomayevin (1942-2008) həyat yoldaşı Tamara Sinyavskaya anadan olub.
   6 iyul 1946 - Amerika kinoaktoyru, Hollivud ulduzu Silvestr Stallonenin (Sylvester Gardenzio Stallone) doğum günüdür.
   6 iyul 1893 - Görkəmli fransız yazıçısı Gi de Mopassan (əsl adı Anri Rene Alber Gi de Mopassan) - (Henry Rene Albert Guy de Maupassant, 1850-1893) vəfat edib.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar