Azərbaycan
   
   14 iyul 1914 - Ədəbiyyatşünas, tərcüməçi Kövsər Məmməd qızı Tarıverdiyeva anadan olub.
   14 iyul 1939 - Ədəbiyyatşünas, publisist Həmid Alı oğlu Vəliyev anadan olub.
   14 iyul 1990 - SSRİ prezidenti Mixail Qorbaçov "Televiziyanın demokratikləşməsi və inkişafı haqqında" fərman imzalayıb. Fərmandan sonra SSRİ ərazisində özəl telekanalların açılması prosesi başladı. Azərbaycanda fəaliyyətə başlayan ilk özəl telekanal ANS oldu.
   15 iyul 1915 - Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, tanınmış rəssam və heykəltəraş Cəlal Qaryağdı (1915-2001) Şuşada anadan olub. Azərbaycanın bir sıra mədəniyyət və ictimai xadimlərinin heykəl və büstlərinin (N.Nərimanov, M.Ə.Sabir və s.) müəllifidir.
   15 iyul 1925 - Azərbaycanın Xalq artisti, müğənni-pianoçu, professor Rauf Atakişiyev (1925-1994) anadan olub. 1953-cü ildən Opera və Balet Teatrının solisti işləyib, bir çox xarici ölkələrdə çıxış edib.
   15 iyul 1926 - Xalq artisti Sədayə Mustafayeva (1926- 13.08.2004) anadan olub. Şəki, Ağdaş, Göyçay, Gəncə teatrlarında çalışıb, bir sıra kinofilmlərdə yaddaqalan obrazlar yaradıb.
   15 iyul 1952 - “Kirpi” satirik jurnalı nəşrə başlayıb.
   
   Dünya
   
   14 iyul 1454 - Avropa intibah dövrünün şairi, İtaliya ədəbiyyatında ilk dünyəvi dram əsərinin («Orfey haqqında nağıl») müəllifi Angelo Polisiano (Angelo Poliziano, 1454-1494) anadan olub.
   14 iyul 1743 - Rus şairi Qavriil Romanoviç Derjavin (1743-1816) anadan olub.
   14 iyul 1860 - Rus tarixçisi, şairi, yazıçı və publisisti, məşhur «Qafqaz» kitabının müəllifi Vasili Lvoviç Veliçkonun (1860-1904) doğum günüdür.
   14 iyul 1862 - Avstriya modernist rəssamı Qustav Klimt (1862-1918) anadan olub.
   14 iyul 1903 - Amerika yazıçısı, Van Qoq, Cek London, Ziqmund Freyd, Çarlz Darvin və s. görkəmli insanlar haqqında bioqrafik romanların müəllifi İrvinq Stoun (Irving Stone, 1903-1989) anadan olub.
   14 iyul 1904 - Yəhudi əsilli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1978) laureatı İsaak Başevis-Zinger (1904-1991) anadan olub.
   14 iyul 1910 - Amerika multiplikatoru, Tom və Cerri haqqında cizgi filmlərinin həmmüəllifi (Cozef Barbera ilə birlikdə) Uilyam Hanna (William Hanna, 1910-2001) anadan olub.
   14 iyul 1918 - Dünya şöhrətli İsveç rejissoru, ssenarist və yazıçı İnqrid Berqmanın (Ernst Ingmar Bergman, 1918-30.07.2007) doğum günüdür.
   14 iyul 1919 - Fransız aktyoru Lino Ventura (Lino Ventura - Angiolino Joseph Pascal Ventura, 1919-1986) anadan olub.
   14 iyul 1928 - Tanınmış gürcü yazıçısı Nodar Dumbadzenin (1928-1984) doğum günüdür.
   14 iyul 1939 - Çexiyanın məşhur müğənnisi Karel Qott (Karel Gott) anadan olub.
   15 iyul 1606 - Holland rəssamı Rembrandt Hermens Van Reyn (Rembrandt Harmenszoon van Rijn, 1606-04.10.1669) anadan olub.
   15 iyul 1901 - İtalyan filosofu, ekzistensializmin tanınmış simalarından biri Nikola Abbanyano (Nicola Abbagnano, 1901-1990) anadan olub.
   15 iyul 1904 - Görkəmli rus yazıçı-dramaturqu Anton Pavloviç Çexov (29.01.1860 -1904) vəfat edib.
   15 iyul 1910 - Yaponiya kinorejissoru Satsuo Yamamoto (Satsuo Yamamoto, 1910-1983) anadan olub.
   15 iyul 1919 - İngilis yazıçısı Ayris Merdok (Jean Iris Murdoch, 1919-1999) anadan olub.
   15 iyul 1924 - Məşhur çeçen rəqqası, SSRİ-nin Xalq artisti Mahmud Esenbayevin (1924-2000) doğum günüdür.
   15 iyul 1946 - Amerika pop-müğənnisi, 11 dəfə «Qremi» musiqi mükafatının laureatı Linda Ronstadt (Linda Marie Ronstadt) anadan olub.
   15 iyul 1962 - Danimarka aktrisası və fotomodeli Brigitta Nilsen (Brigitte Nielsen) anadan olub.
   15 iyul 1976 - Alman aktrisası və fotomodeli Dayan Krügerin doğum günüdür.