İyulun 23-də Vəcihə Səmədova adına Rəssamlar İttifaqının salonunda “Ağdam - Qafqaz Xirosiması və ruhlar şəhəri” adlı sərgi keçiriləcək.
   
   Sərgidə Ağdamın işğaldan əvvəl və işğaldan sonrakı mənzərələri əks olunan 60 foto sərgilənəcək. Sərgi ilə eyni vaxtda “Qafqaz Xirosiması” filmi nümayiş olunacaq, Ağdam haqqında üç dildə buklet paylanacaq. Bukletdə Ağdamın haqqında statistik göstəricilər, xarici jurnalistlərdən sitatlar dərc olunub.
   Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilən layihənin məqsədi Qarabağın işğalının dünya ictimaiyyəti tərəfindən daha aydın qavranması üçün “Qafqaz Xirosiması” kəlməsini mətbu və siyasi dilimizə gətirmək, işğal nəticəsində Qarabağın tarixi genosidə məruz qalmasını dünyanın aparıcı sosial internet şəbəkələrində və axtarış portallarında yaymaq, “Ağdam - “Qafqaz Xirosiması və ruhlar şəhəri” adlı foto, video, nəşrlərdən ibarət səyyar sərgi qalereyası yaratmaqdır.