Azərbaycan
   
   28 iyul 1935 - Bəstəkar, pedaqoq, ictimai xadim, professor, Xalq artisti Vasif Zülfüqar oğlu Adıgözəlov (1935 - 15.09.2006) anadan olub.
   28 iyul 1937 - Bəstəkar, dirijor, pedaqoq Müslüm Maqomayev (18.09.1885-1937) vəfat edib. Dahi bəstəkar Üzeyir Hacıbəylinin yaxın dostu və sənət yoldaşı olub. Azərbaycan peşəkar musiqili teatrının banilərindən biridir. "Şah İsmayıl" (1916), "Nərgiz" (1935) operalarının müəllifidir.
   28 iyul 1993 - Şair, ədəbiyyatşünas alim, tərcüməçi Qasım Xansuvar oğlu Qasımzadə (23.06.1923-1993) vəfat edib.
   
   
   Dünya
   
   28 iyul 1750 - Görkəmli alman bəstəkarı İohann Sebastyan Bax (Johann Sebastian Bach, 21.03.1685-1750) vəfat edib.
   28 iyul 1804 - Alman filosofu Lüdviq Feyerbax (Ludwig Andreas Feuerbach, 1804-1872) anadan olub.
   28 iyul 1806 - Rus rəssamı Aleksandr İvanov (1806-1858) anadan olub.
   28 iyul 1812 - Polşa yazıçısı və tarixçisi Yuzef Kraşevski (Jozef Ignacy Kraszewski, 1812-1887) anadan olub.
   28 iyul 1822 - Rus şairi və ədəbiyyatşünası Apollon Qriqoryevin (1822-1864) doğum günüdür.
   28 iyul 1844 - İngilis şairi Cerard Hopkins (Gerard Manley Hopkins, 1844-1889) anadan olub.
   28 iyul 1866 - İngilis yazıçısı və rəssamı Beatriks Potter (Beatrix Potter, 1866-1943) anadan olub.
   28 iyul 1874 - Yəhudi əsilli alman filosofu və kulturoloqu Ernst Kassirerin (Ernst Cassirer, 1874-1945) doğum günüdür.
   28 iyul 1887 - Fransız rəssamı və incəsənət nəzəriyyəçisi, dadaizm və sürrealizmin banilərindən olan Marsel Düşan (Marcel Duchamp, 1887-1968) anadan olub.
   28 iyul 1902 - İngilis filosofu, «açıq cəmiyyət» nəzəriyyəsinin yaradıcısı Karl Popper (Karl Raimund Popper, 1902-1994) anadan olub.
   28 iyul 1906 - Rus rəssamı Fyodor Reşetnikov (1906-1988) anadan olub.
   28 iyul 1937 - Rus rejissoru və ssenaristi Viktor Merejko anadan olub.
   
   29 iyul 1805 - Fransız yazıçısı və tarixçisi Aleksis de Tokvil (Charles Alexis Henri Maurice Clerel de Tocqueville, 1805-1859) anadan olub.
   29 iyul 1900 - İsveç yazıçısı Eyvind Gunson (Eyvind Olov Verner Johnson, 1900-1976) anadan olub.
   29 iyul 1905 - Amerika kinoaktrisası, Hollivudun ilk ulduzlarından biri Klara Bou (Clara Bow, 1905-1965) anadan olub.
   29 iyul 1918 - Rus yazıçısı Vladimir Dudinsev (1918-1998) anadan olub.
   
   29 iyul 1921 - Fransız rejissoru Kris Marker (Kristian Buşe-Vilnev, Chris Marker - Christian Bouche-Villeneuve) anadan olub.
   29 iyul 1925 - Yunan bəstəkarı, məşhur «Sirtaki» rəqsinin müəllifi Mikis Teodorakis anadan olub.
   29 iyul 1941 - İngilis aktyoru Devid Uornerin (David Warner) doğum günüdür.
   29 iyul 1963 - Amerika aktrisası Aleksandra Pol (Alexandra Paul) anadan olub.