Azərbaycan
   
   1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günüdür. 2001-ci il avqustun 1-də Azərbaycan ərazisində bütün idarə-müəssisələr, dövlət və qeyri-dövlət qurumları, Azərbaycan dilində bütün nəşrlər latın qrafikalı əlifbaya keçiblər. Bu tarixi proses prezident Heydər Əliyevin 18 iyun 2001-ci il tarixli fərmanına əsasən gerçəkləşib. Azərbaycanda latın qrafikasına keçid barədə qərar hələ 1991-ci ilin dekabrında qəbul edilsə də, bu proses çox ləng gedirdi. Fərman bu prosesi birdəfəlik başa çatdırdı. Prezident Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli fərmanı ilə 1 avqust Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi.
   1 avqust 1894 - Görkəmli yazıçı-dramaturq, maarifçi, dövlət xadimi Nəriman Nərimanovun təşəbbüsü ilə Bakıda ilk ictimai kitabxana- qiraətxana açılıb.
   1 avqust 1908 - Ədəbiyyatşünas alim Hidayət Əfəndiyev (1908-1979) anadan olub.
   1 avqust 1929 - Ədəbiyyatşünas alim Bağır İbrahimxəlil oğlu Bağırov anadan olub.
   1 avqust 1934 - Ədəbiyyatşünas, professor Məmmədov Xeyrulla Qulam oğlunun (01.08.1934) anadan olmasının 75 illiyi
   1 avqust 1948 - Tanınmış kinooperator, rejissor (“Güllələnmə təxirə salınır” filmi) Ələkbər Muradovun doğum günüdür.
   
   1 avqust 1960 - Kinoşünas, kinorejissor («Yarasa» filmi), ssenarist, pedaqoq Ayaz Salayev anadan olub.
   
   2 avqust 1898 - Azərbaycan kinosunun yarandığı gündür. Həmin gün Bakıda ilk qısametrajli, səssiz film (“İlişdin”) nümayiş olunub. Prezident Heydər Əliyevin 2000-ci il 18 dekabr tarixli fərmanı ilə 2 avqust Azərbaycan kinosu günü elan olunub.
   
   2 avqust 1955 - Məşhur aktyor Fəxrəddin Manafov Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xankəndi şəhərində anadan olub. 1978-ci ildən C.Cabbarlı adına «Azərbaycanfilm» kinostudiyasında, eləcə də bir sıra xarici ölkələrdə filmlərə çəkilib, kinoda yaddaqalan obrazlar yaradıb. 1987-ci ildə Azərbaycanın Əməkdar artisti, 2000-ci ildə Xalq artisti adına layiq görülüb.
   2 avqust 2009 - Aktyor Elxan Ağahüseyn oğlu Ağahüseynov (08.12.1942-2009) vəfat edib.   


   Dünya      

   30 iyul 1511 - İtalyan memarı, rəssam və yazıçı Corco Vazari (Giorgio Vasari, 1511-1574) anadan olub.
   30 iyul 1818 - İngilis yazıçısı Emili Bronte (Emily Jane Bronte, 1818-1848, məşhur yazıçı Şarlotta Brontenin bacısı) anadan olub.
   
   30 iyul 1947 - Amerika kinoaktyoru Arnold Şvarsneggerin (Arnold Alois Schwarzenegger) doğum günüdür.
   30 iyul 1948 - Məşhur fransız aktyoru Jan Reno (Jean Reno - Juan Moreno y Jederique Jimenez) anadan olub.
   30 iyul 1950 - İtalyan rejissoru Qabriele Salvatores (Gabriele Salvatores) anadan olub.
   30 iyul 1961 - Amerika aktyoru Lorens Fişbern (Laurence Fishburne) anadan olub.
   30 iyul 1974 - Amerika aktrisası, iki dəfə «Oskar» laureatı Hilari Snouk (Hilary Ann Swank) anadan olub.
   30 iyul 2007 - Məşhur italyan kinorejissoru Mikelancelo Antonioni (Michelangelo Antonioni, 1912-2007) vəfat edib.
   
   30 iyul 2007 - Görkəmli İsveç rejissoru İnqmar Berqman (Ernst Ingmar Bergman, 1918-2007) vəfat edib.
   
   31 iyul 1784 - Görkəmli fransız yazıçısı, maarifçi-filosof, dramaturq Deni Didro (Denis Diderot, 1713-1784) vəfat edib.
   31 iyul 1848 - Fransız bəstəkarı Robber Plankett (Robert Jean Julien Planquette, 1848-1903) anadan olub.
   31 iyul 1886 - Məşhur macar bəstəkarı Ferens List (Liszt Ferenc, 1811-1886) vəfat edib.
   31 iyul 1906 - Rus-sovet aktrisası, SSRİ-nin Xalq artisti Vera Mareskaya (1906-1978) anadan olub.
   
   31 iyul 1914 - Dünya şöhrətli fransız (ispan əsilli) komik aktyoru, kinorejissor Lui de Fünes (Louis Germain David de Funes de Galarza, 1914-1983) anadan olub.
   31 iyul 1937 - Polyak əsilli rus-sovet estrada müğənnisi Edita Pyexa anadan olub.
   31 iyul 1945 - Tanınmış rus aktyoru və televiziya aparıcısı Leonid Yakuboviçin doğum günüdür.
   31 iyul 1950 - Amerika aktyoru və rejissoru Leyn Devis (Lane Davies) anadan olub.
   31 iyul 1962 - Amerika kinoaktyoru Uesli Snayps (Wesley Snipes) anadan olub.
   
   31 iyul 1964 - Alman-holland əsilli estrada ulduzu, ötən əsrin 80-ci illərində Diter Bolenin («Modern Talking» dueti) mahnıları ilə məşhurlaşan Si Si Ketç (C. C. Catch - Caroline Catherine Müller) anadan olub.
   31 iyul 1965 - İngilis yazıçısı, Harri Potter haqqında kitabların müəllifi Coan Ketlin Roulinq (Joanne Kathleen Rowling) anadan olub.
   
   1 avqust 1819 - Amerika yazıçısı Herman Melvill (Herman Melville, 1819-1891) anadan olub.
   1 avqust 1910 - Məşhur alman fotoqrafı, ilk qadın hərbi fotojurnalist Herda Taro (1910-1937) anadan olub.
   1 avqust 1914 - Gürcü şairi Qriqol Abaşidzenin (1914-1994) doğum günüdür.
   
   1 avqust 1923 - Məşhur rus-sovet televiziya aparıcısı və diktor, SSRİ-nin Xalq artisti Valentina Leontyeva (1923-2007) anadan olub.
   1 avqust 1923 - İngilis (Avstraliya) yazıçısı, məşhur detektiv romanların müəllifi Karter Braun (1923-1985) anadan olub.
   1 avqust 1936 - Dünya şöhrətli fransız modelyeri İv Sen Loranın (Yves Henri Donat Mathieu-Saint-Laurent) doğum günüdür.
   
   1 avqust 1942 - Məşhur italyan aktyoru («Həyat gözəldir», «Lili Marlen») Cankarlo Cannini (Giancarlo Giannini) anadan olub.
   1 avqust 1948 - Tanınmış Latviya aktyoru İvar Kalnınış (Ivars Kalnins) anadan olub.
   1 avqust 1965 - Amerika kinorejissoru, «Oskar» laureatı («Amerikansayağı gözəllik») Sem Mendes (Samuel Alexander Mendes) anadan olub.
   
   2 avqust 1834 - Fransız memarı, məşhur «Azadlıq» heykəlinin (Nyu-York) müəllifi Frederik Ogüst Bartoldi (Frederic Auguste Bartholdi, 1834-1904) anadan olub.
   2 avqust 1871 - Amerika rəssamı, «realistlər məktəbi»nin lideri Con Sloan (John French Sloan, 1871-1951) anadan olub.
   2 avqust 1892 - Amerikanın «Warner Brothers» kinokorporasiyasının qurucularından olan Cek Leonard Uorner (Jack Leonard Warner, 1892-1978) anadan olub.
   2 avqust 1904 - Rus kinorejissoru Vasili Juravlyovun (1904-1987) doğum günüdür.
   
   2 avqust 1905 - Məşhur Amerika kinoaktrisası Mirna Loy (Myrna Loy, 1905-1993) anadan olub.
   2 avqust 1932 - İrland əsilli ingilis aktyoru Piter O’Tul (Peter Seamus O’Toole) anadan olub.
   2 avqust 1939 - Amerika kinorejissoru, prodüsser və ssenarist Ues Kreyven (Wesley Earl Craven) anadan olub.
   
   3 avqust 1832 - Xorvatiya bəstəkarı və dirijoru İvan Zays (1832-1914) anadan olub.
   3 avqust 1904 - Amerika fantast-yazıçısı Klifford Saymak (Clifford Donald Simak, 1904-1988) anadan olub.
   3 avqust 1910 - Polyak əsilli Rusiya aktyoru Vaslav Dvorjeski (1910-1993) anadan olub.
   3 avqust 1920 - İngilis yazıçısı, detektiv əsərlərin müəllifi Fillis Doroti Ceyms (Phyllis Dorothy James) anadan olub.
   3 avqust 1921 - Gürcü kinossenaristi Rezo Ebralidze (1920-1980) anadan olub.
   3 avqust 1940 - İspan-irland əsilli Amerika aktyoru Martin Şinin (Martin Sheen) doğum günüdür.
   3 avqust 1979 - Kanada aktrisası Nikol Evancelin Lili (Nicole Evangeline Lilly) anadan olub.
   
   3 avqust 1994 - Görkəmli rus-sovet aktyoru, SSRİ-nin Xalq artisti İnnokenti Smoktunovski (1925-1994) vəfat edib.
   3 avqust 2008 - Dünya şöhrətli rus yazıçısı, tarixçi, publisist, ədəbiyat üzrə Nobel mükafatı (1970) laureatı Aleksandr Soljenitsın (1918-2008) vəfat edib.
   
   Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar