Azərbaycan
   
   4 avqust 1915 - Görkəmli aktyor, Xalq artisti Məmmədrza Şeyxzamanov (1915-25.01.1984) Gəncədə doğulub. Bir sıra filmlərdə (“Bəxtiyar”da Rəcəbov, “Bir qalanın sirri”ndə həkim Eldostu, “Qatır Məmməd”də Gəncə qubernatoru, “Nəsimi”də Şeyx Əzəm, “Əhməd haradadır”da Şirin kişi, “Tütək səsi”ndə İsfəndiyar kişi və s.) yaddaqalan obrazlar yaradıb.
   
   5 avqust 1895 - Opera müğənnisi, Xalq artisti Məmmədtağı Bağırov (1895-16.4.1961) anadan olub.
   5 avqust 1958 - Ədəbiyyatşünas alim, aşıq sənəti ilə bağlı araşdırmaların müəllifi, professor Məhərrəm Qasımlı Tovuz rayonunda anadan olub. 
      
   6 avqust 1832 - Azərbaycanın görkəmli şairəsi Xurşidbanu Natəvan (1832-1897) Şuşada anadan olub. Sonuncu Qarabağ xanı Mehdiqulu xanın qızı, İbrahimxəlil xanın nəvəsi olan və xalq arasında «Xan qızı» deyə çağırılan Natəvan istedadlı şairə olmaqla yanaşı, xeyriyyəçiliyi ilə də tanınıb, imkansızlara əl tutub, Şuşaya su kəməri çəkdirib.
   6 avqust 1926 - Xalq şairi, nasir, publisist Şöhrab Əbülfəz oğlu Tahir Cənubi Azərbaycanın Astara şəhərində anadan olub.
   6 avqust 1998 - Prezident Heydər Əliyev "Azərbaycan Respublikasında söz, fikir və məlumat azadlığının təmin edilməsi sahəsində əlavə tədbirlər haqqında" fərman imzalayıb. Fərmana əsasən, Azərbaycanda mətbuat üzərində senzuraya son qoyulub, Nazirlər Kabineti yanında mətbuatda və digər kütləvi informasiya vasitələrində dövlət sirlərini mühafizə edən baş idarə - "Qlavlit" ləğv edilib.
   
   7 avqust 1930 - Görkəmli rəssam Toğrul Nərimanbəyovun doğum günüdür. Dünyanın müxtəlif müzeylərində sərgilənən natürmort, portret, mənzərə və s. janrlarda yaratdığı əsərlərlə yanaşı, divarüstü monumental freskaları ilə də tanınıb. Bir sıra filmlərə, teatr tamaşalarına bədii tərtibat verib.
   
   8 avqust 1948 - Tanınmış aktyor, Xalq artisti Rasim Balayev Ağsu rayonunda anadan olub. Kinodakı ilk baş rolu ("Nəsimi", 1974) ona şöhrət gətirib, bundan sonra onlarla filmdə yaddaqalan obrazlar yaradıb. Azərbaycan Kinematoqrafçılar İttifaqının katibidir.
   
   10 avqust 1913 - Xalq rəssamı Kazım Kazımzadə (1913-1992) anadan olub. Opera tamaşalarına («Leyli və Məcnun», «Koroğlu»), bir sıra filmlərə (“Bir qalanın sirri”, “Bizim Cəbiş müəllim” və s.) bədii tərtibat verib.
   10 avqust 1939 - Şair Zəki İslam oğlu Yusifov anadan olub.
   
   Dünya
   
   4 avqust 1859 - Görkəmli Norveç yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1920) laureatı Knut Hamsun (əsl soyadı Pedersen) - (Knut Hamsun - Knud Pedersen, 1859-1952) anadan olub.
   4 avqust 1875 -Danimarka yazıçısı, məşhur nağıllar müəllifi Hans Xristian Andersen (Hans Christian Andersen, 1805-1875) vəfat edib.
   
   4 avqust 1901 - Dünya şöhrətli Amerika caz musiqçisi, bəstəkar Lui Armstronq (Louis Daniel "Satchmo" Armstrong, 1901-1971) anadan olub.
   4 avqust 1905 - Rus-sovet bəstəkarı, keçmiş SSRİ-nin (indi Rusiyanın) Dövlət himninin musiqisinin müəllifi Boris Aleksandrov (1905-1994) anadan olub.
   
   5 avqust 1844 - Rus boyakarı və qrafiki İlya Yefimoviç Repin (1844-1930) anadan olub.
   5 avqust 1850 - Görkəmli fransız yazıçısı Gi de Mopassan (1850- 6.7.1893, Guy de Maupassant - Henry Rene Albert Guy de Maupassant) anadan olub.
   5 avqust 1860 - İngilis rəssamı Luis Ueynin (Louis William Wain, 1860- 1939) doğum günüdür.
   5 avqust 1868 - Məşhur rus şərqşünası və tarixçisi Boris Turayev (1868-1920) anadan olub.
   5 avqust 1898 - Rus-sovet nəğməkar şairi Vasili Lebedev-Kumaç (1898-1949) anadan olub.
   5 avqust 1901 - Fransız kinorejissoru Klod Otan-Lara (Claude Autant-Lara, 1901-2000) anadan olub.
   5 avqust 1906 - Amerika rejissoru, iki dəfə «Oskar» laureatı Con Hyuston (John Marcellus Huston, 1906-1987) anadan olub.
   
   5 avqust 1962 - Dünya şöhrətli Amerika aktrisası Merilin Monro (əsl adı Norma Cin Mortenson) - (Marilyn Monroe - Norma Jean Mortenson, 1.6.1926-1962) vəfat edib.
   5 avqust 1987 - Məşhur rus aktoyru Anatoli Papanov (31.10.1922-1987) vəfat edib.
   
   6 avqust 1660 - Görkəmli ispan rəssamı Dieqo Rodriges de Silva Velaskes (Diego Rodriguez de Silva Velazquez, 6.6.1599-1660) vəfat edib.
   6 avqust 1809 - İngilis şairi Alfred Tennison (Alfred Tennyson, 1809-1892) anadan olub.
   6 avqust 1856 - Rus rəssamı və incəsənət nəzəriyyəçisi Apollinari Vasnesovun (1856-1933) doğum günüdür.
   6 avqust 1868 - Fransız yazıçısı Pol Klodel (Paul Claudel, 1868-1955) anadan olub.
   6 avqust 1899 - Gürcü aktyoru və rejissoru, SSRİ-nin Xalq artisti Akaki Vasadze (1899-1978) anadan olub.
   6 avqust 1931 - İtalyan kinorejissoru Umberto Lensinin (Umberto Lenzi) doğum günüdür.
   6 avqust 1951 - Amerika aktrisası Ketrin Hiks (Catherine Hicks) anadan olub.
   6 avqust 1953 - Məşhur hind kinorejissoru Umeş Mehra (Umesh Mehra) anadan olub.
   
   7 avqust 1867 - Alman ekspressionist rəssamı Emil Noldenin (Hansen) - (Emil Nolde, 1867-1956) doğum günüdür.
   7 avqust 1876 - Hollandiyalı rəqqasə, eyni zamanda, I Dünya müharibəsinin məşhur xəfiyyəsi (Almaniya və Fransa) Mata Hari (Marqareta Gertruda Tselle) - (Mata Hari - Margaretha Geertruida Zelle, 1876-1917) anadan olub.
   7 avqust 1911 - Amerika aktyoru və kinorejissoru, «Oskar» mükafatı laureatı Nikolas Rey (Nicholas Ray, 1911-1979) anadan olub.
   7 avqust 1921 - Rus şairi Aleksandr Blok (1880-1921) anadan olub.
   
   7 avqust 1947 - Rumın (moldovan) əsilli məşhur estrada müğənnisi, SSRİ-nin Xalq artisti Sofiya Rotaru anadan olub.
   7 avqust 1941 - Görkəmli hind yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1913) laureatı Rabindranat Taqor (Rabindranath Tagore, 6.5. 1861-1941) vəfat edib.
   7 avqust 1955 - Rus yazıçısı Vladimir Sorokin anadan olub.
   7 avqust 1960 - Amerika aktyoru («Məxfi materiallar» serialı) Devid Duxovnı (David William Duchovny) anadan olub.
   7 avqust 1975 - Amerika aktrisası Şarliz Teron (Charlize Theron) anadan olub.
   
   8 avqust 1928 - Rus-sovet aktrisası, SSRİ-nin Xalq artisti Nina Menşikovanın doğum günüdür.
   8 avqust 1937 - Amerika aktyoru, iki dəfə «Oskar» mükafatı laureatı Dastin Hoffman (Dustin Lee Hoffman) anadan olub.
   8 avqust 1943 - Rusiya kinorejissoru (əslən bakılı) Yuli Qusman anadan olub.
   8 avqust 1951 - Amerika kinorejissoru Martin Brest (Martin Brest) anadan olub.
   9 avqust 1899 - Avstraliya əsilli ingilis yazıçısı («Meri Popinsin macəraları») Pamela Trevers (əsl adı Helen Lindon Qoff) - (Pamela Lyndon Travers - Helen Lyndon Goff, 1899-1996) anadan olub.
   9 avqust 1918 - Amerika kinorejissoru Robert Oldriçin (Robert Aldrich, 1918-1983) doğum günüdür.
   9 avqust 1939 - Fransız aktrisası Bül Ojye (Bulle Ogier - Marie-France Thielland) anadan olub.
   9 avqust 1947 - Amerikalı fantast-yazıçı Gon Varli (John Varley) anadan olub.
   9 avqust 1952 - İsveç aktrisası Eva Fröylinq (Eva Marie Fröling) anadan olub.
   9 avqust 1957 - Amerika aktrisası Melani Qriffit (Melanie Griffith) anadan olub.
   9 avqust 1962 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1946) laureatı Herman Hesse (Hermann Hesse, 1877-1962) vəfat edib.
   
   9 avqust 1963 - Məşhur Amerika müğənnisi Uitni Hyuston (Whitney Elizabeth Houston) anadan olub.
   9 avqust 1975 - Görkəmli rus-sovet bəstəkarı Dmitri Şostakoviç (1906-1975) vəfat edib.
   
   10 avqust 1845 - Qazax klassik ədəbiyyatının banisi, maarifçi şair Abay Kunanbayev (1845-1904) anadan olub.
   10 avqust 1865 - Rus bəstəkarı Aleksandr Qlazunov (1865-1936) anadan olub.
   10 avqust 1895 - Rus-sovet şairi Mixail Zoşenko (1895-1958) anadan olub.
   10 avqust 1902 - Kanada aktrisası, «Oskar» mükafatı laureatı Norma Şirer (Edith Norma Shearer, 1902-1983) anadan olub.
   10 avqust 1912 - Braziliya yazıçısı Jorji Amadu (Jorge Amado, 1912-2001) anadan olub.
   10 avqust 1929 - Rus aktyoru, SSRİ-nin Xalq artisti Oleq Strijenovun doğum günüdür.
   10 avqust 1960 - Məşhur ispan kinoaktyoru Antonio Banderas (Jose Antonio Dominguez Bandera) anadan olub.
   
   10 avqust 1960 - Gürcü aktyoru, Azərbaycan tamaşaçılarına «Yaramaz» filmindən (Hətəm) yaxşı tanış olan Mamuka Kikaleyşvili (1960-2000) anadan olub.