Azərbaycan
   
   18 avqust 1912 - Xalq şairi Mirvarid Dilbazi (1912-2001) anadan olub. Uşaq və gənclər üçün yazdığı şeirlərlə məşhurlaşıb. Nizaminin, Nəvainin, eləcə də bir çox rus və sovet şairlərinin əsərlərini Azərbaycan dilinə tərcümə edib.
   18 avqust 1919 - Azərbaycan Xalq Cümhuriyyətinin parlamenti ölkə sərhədlərinin mühafizəsi haqqında qanun qəbul edib. Qanuna əsasən, Hərbi Nazirliyin tərkibində Sərhəd Qoşunları yaradılıb. Prezident Heydər Əliyevin fərmanı (16 avqust 2000) ilə avqustun 18-i Sərhəd qoşunları günü kimi qeyd olunur. Sovet dövründə Sərhəd Qoşunları Dövlət Təhlükəsizlik Komitəsinin strukturu kimi mövcud olub, Azərbaycan müstəqilliyini bərpa edəndən sonra sərhəd xidməti bir müddət Milli Təhlükəsizlik Nazirliyinin tərkibində fəaliyyət göstərib. 2002-ci il 31 iyul tarixldə Dövlət Sərhəd Xidməti yaradılıb və Sərhəd Qoşunları müstəqil qurum kimi fəaliyyətə başlayıb.
   18 avqust 1991 - Görkəmli dilçi və ədəbiyyatşünas, pedaqoq Əkrəm Cəfər (1905-1991) vəfat edib. "Dilşünaslıq elementləri", "Müasir Azərbaycan dili oçerkləri" kitablarının, bir çox elmi-tədqiqat əsərlərinin müəllifidir.
   
   19 avqust 1920 - Əməkdar incəsənət xadimi, musiqişünas, pedaqoq Lyudmila Karagiçeva- Bretanitskaya anadan olub. Qara Qarayevin, digər Azərbaycan bəstəkarlarının yaradıcılığına dair elmi-tədqiqat əsərlərinin müəllifidir.
   19 avqust 1970 - Azərbaycanın Milli Qəhrəmanı Hidayət Eldar oğlu Rüstəmovun (1970 - 23.12.1991) doğum günüdür.
   
   Dünya
   
   18 avqust 1750 - İtalyan əsilli Avstriya bəstəkarı Antonio Salyeri (1750-1825) anadan olub. Tarixdə musiqi əsərlərindən daha çox dahi bəstəkar, həmyerlisi Volfqanq Amadey Motsartla düşmənçiliyi ilə yadda qalıb.
   18 avqust 1850 - Böyük fransız yazıçısı Onore de Balzak (Honore de Balzac 20.5.1799-1850) vəfat edib.
   18 avqust 1922 - Fransız kinorejissoru, yazıçı Alen Rob-Qriye (Alain Robbe-Grillet, 1922-2008) anadan olub.
   18 avqust 1933 - Polyak əsilli Amerika kinorejissoru Roman Polanski (əsl adı Raymund Roman Liblinq) anadan olub.
   18 avqust 1937 - Amerika rejissoru və aktyoru, «Oskar» laureatı Robert Redfordun doğum günüdür.
   19 avqust 1689 - İngilis yazıçısı, sentimentalizm cərəyanının banilərindən biri Semuel Riçardson (Samuel Richardson, 1689-1761) anadan olub.
   19 avqust 1780 - Fransız şairi Pyer Jan de Beranje (Pierre-Jean de Beranger, 1780-1857) anadan olub.
   19 avqust 1883 - Məşhur fransız modelyeri Qabriel (Koko) Şanel (Gabrielle Bonheur Chanel, 1883-1971) anadan olub.
   19 avqust 1915 - Görkəmli türk şairi Tofiq Fikrət (24.12.1867-1915) vəfat edib.
   19 avqust 1936 - Məşhur ispan şairi və dramaturqu Federiko Qarsia Lorka (1898-1936) vəfat edib.
   19 avqust 1951 - Rus aktyoru Vladimir Konkin («Görüş yerini dəyişmək olmaz», Şarapov) anadan olub.