Avqustun 23-də Füzuli rayonunun Ermənistan silahlı birləşmələri tərəfindən işğalının 17 ili tamam oldu. İşğal nəticəsində 80 məktəb, 13 xəstəxana, 69 mədəniyyət evi və klub, 90 kitabxana, 2 muzey, 9 musiqi məktəbi, dövlət dram teatrı dağıdılıb. 1994-cü ilin yanvarında rayonun 82 kəndindən 22-si və Horadiz qəsəbəsi işğaldan azad olunub. İşğaldan azad olunmuş ərazilərdə infrastrukturun bərpasına başlanılıb.
Rayonun işğal altında qalan ərazisindəki zəngin tarixi memarlıq və arxeoloji abidələr isə talan edilib. Arxeoloji abidələrdən paleolit dövrünə aid Azıx və Tağlar mağara düşərgələri, tunc dövrünə aid Qarabulaq kurqanı, Zərgərtəpə, Şəkərçik yaşayış yerləri, ilk tunc dövrünə aid Kültəpə, Balalar təpə, Uzuntəpə, Meynətəpə, Xantəpə, eramızdan əvvəl II-I minilliklərə aid Günəştəpə, eramızdan əvvəl IV əsrə aid Qaraköpəktəpə yaşayış yerləri erməni vandalizminin qurbanına çevrilib.
Tarixi memarlıq abidələrindən Qarğabazar kəndində XVIII əsrə aid karvansara, XVII əsrə aid məscid və türbə, Yuxarı Seyidəhmədli kəndində İbrahim türbəsi (XVIII əsr), Yuxarı Kürdmahmudlu kəndində sərdabə (XVIII əsr), Aşağı Veysəlli kəndində Mir Əli türbəsi (XIV əsr), XVII-XIX əsrə aid 18 məscid, XVIII-XIX əsrlərə aid 9 körpü, Füzuli şəhərində dəyirman (XIX əsr), XIX əsrə aid türbələr işğalçı quldurlarının tapdağı altında qalıb.