Qazaxıstanın Aktau şəhərində görkəmli dombra ifaçısı və bəstəkar Murat Oskenbayulinin 120 illiyinə həsr olunan III Beynəlxalq xalq çalğı alətləri müsabiqəsi keçirilib.
Azərbaycan Milli Konservatoriyasının müəllimi, TÜRKSOY Xalq Çalğı Alətləri Orkestrinin solisti, respublika və beynəlxalq müsabiqələr laureatı, kamança ifaçısı Pərviz Fərhadov müsabiqədə fəxri qonaq qismində iştirak edib.
Kamançaçı müsabiqə çərçivəsində orkestrlə uğurlu ifasına görə təşkilat komitəsi tərəfindən fəxri diplom və pul mükafatı ilə təltif olunub.
P.Fərhadova Qazaxıstanda xalq çalğı alətləri ilə birgə Azərbaycan musiqi əsərlərindən ibarət konsert verməklə bağlı təklif edilib, bu barədə fikir mübadiləsi aparılıb.