Azərbaycan
   
   27 avqust 1937 - Ədəbiyyatşünas alim Qəzənfər Paşayev anadan olub.
   27 avqust 1998 - Görkəmli kinorejissor («Görüş”, “Uzaq sahillərdə”,“Dədə Qorqud”, “Yeddi oğul istərəm”), ssenarist Tofiq Tağızadə (7.2.1919-1998) vəfat edib.
   
   28 avqust 1918 - Azərbaycan Xalq Cümhuriyyətinin hökuməti xalq maarifinin, orta məktəblərin milliləşdirilməsi haqqında qərar verib. Hökumət həmçinin ölkənin bütün məktəblərində türk (Azərbaycan) dilinin icbari qaydada tədris olunması barədə qərar qəbul edib.
   28 avqust 1935 - Yazıçı Əlibala Qüdrət oğlu Hacızadənin (1935-9.10.2009) doğum günüdür.
   
   29 avqust 1880 - Görkəmli tarzən, Xalq artisti Qurban Pirimov (1880-1965) anadan olub.
   29 avqust 1890- Şair Məhəmmədəli Şəfainin (1890- 1967) doğum günüdür.
   29 avqust 1960 - Tanınmış telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı Çingiz Fuad oğlu Mustafayev (1960 - 15.06.1992) anadan olub.
   29 avqust 2005 - Azərbaycanda İctimai Televiziya yayıma başlayıb.
   
   30 avqust 1940 - Yazıçı Əhməd İsayev anadan olub.
   30 avqust 1991 - Azərbaycan Ali Soveti "Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpa etmək haqqında" Bəyannamə qəbul edib. Sənəddə Azərbaycan Respublikasının 1918-1920-ci illərdə mövcud olmuş Xalq Cümhuriyyətinin varisi olduğu vurğulanırdı. Bu tarixi sənədin davamı olaraq 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul olundu.
   
   31 avqust 1863 - Tanınmış maarifçi, yazıçı-dramaturq Rəşid bəy Əfəndiyev (1863-1942) anadan olub. Azərbaycanda ibtidai təhsil üzrə ilk dərsliklərin - "Uşaq bağçası" ("Əlifba") və "Bəsirətülətfal" adlı qiraət kitabının müəllifidir.
   31 avqust 1993 - Ermənistanın silahlı qüvvələrinin davam edən təcavüzü nəticəsində Azərbaycanın Dağlıq Qarabağdan kənarda daha bir rayonu - Qubadlı işğal olunub. Qubadlı rayonunun ərazisi 802 kv km, əhalisi isə işğal zamanı 31 min nəfər idi. Qubadlı şəhəri və rayonun 90-a yaxın kəndi bir neçə günün içində Ermənistan silahlı qüvvələrinin əlinə keçib.
   
   Dünya
   
   27 avqust 1770 - Görkəmli alman filosofu Georq Vilhelm Fridrix Hegel (Georg Wilhelm Friedrich Hegel, 1770-14.11.1831) anadan olub.
   27 avqust 1856 - Klassik Ukrayna ədəbiyyatının banilərindən olan yazıçı İvan Franko (1856-1916) anadan olub.
   27 avqust 1871 - Amerika yazıçısı Teodor Drayzerin (Theodore Herman Albert Dreiser, 1871-1945) doğum günüdür.
   27 avqust 1896 - Məşhur rus-sovet aktrisası Faina Ranevskaya (Faina Feldman, 1896-1984) anadan olub.
   27 avqust 1947 - Amerika kinoaktrisası Barbara Bax (Barbara Bach) anadan olub.
   
   28 avqust 1749 - Görkəmli alman şairi və yazıçısı Yohann Volfqanq Höte (Johann Wolfgang von Goethe, 1749-22.3.1832) anadan olub.
   28 avqust 1867 - İtaliya bəstəkarı Umberto Cordanonun (1867-1948) doğum günüdür.
   28 avqust 1925 - Yəhudi əsilli Rusiya yazıçısı Arkadi Natanoviç Struqaski (1925-1991) anadan olub. Qardaşı Boris Struqaski (15.4.1933) ilə məşhur fantastik əsərlərin həmmüəllifidir.
   28 avqust 1948 - Məşhur rus aktrisası Natalya Qundareva (1948-2005) anadan olub.
   
   29 avqust 1632 - İngilis filosofu Con Lokk (John Locke, 1632-1704) anadan olub.
   29 avqust 1780 - Fransız rəssamı Jan Ogüst Dominik Enqr (Jean-Auguste-Dominique Ingres, 1780-1867) anadan olub.
   29 avqust 1862 - Belçika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1911) laureatı Moris Meterlink (Maurice Polydore Marie Bernard Maeterlinck, 1862-1949) anadan olub.
   29 avqust 1915 - Dünya şöhrətli İsveç aktrisası, üç dəfə «Oskar» laureatı İngrid Berqman (Ingrid Bergman, 1915-29.8.1982) anadan olub.
   29 avqust 1920 - Amerika caz musiqiçisi Çarli Parker (Charlie "Bird" Parker, 1920-1955) anadan olub.
   29 avqust 1958 - Dünya şöhrətli amerikalı pop ulduzu Maykl Ceksonun (Michael Joseph Jackson, 1958-2009) doğum günüdür.
   
   30 avqust 1748 - Fransız rəssamı Jak Lui David (Jacques-Louis David, 1748-1825) anadan olub.
   30 avqust 1809 - Alman bəstəkarı Adolf Fridrix Hesse (Adolf Friedrich Hesse, 1809-1863) anadan olub.
   30 avqust 1860 - Məşhur rus rəssamı İsaak Levitanın (1860-1900) doğum günüdür.
   30 avqust 1887 - Amerika yazıçısı, seriallar müəllifi Rey Kamminqs (Raymond King Cummings, 1887-1957) anadan olub.
   30 avqust 1972 - Amerika aktrisası və top modeli Kameron Dias (Cameron Michelle Diaz) anadan olub.
   
   31 avqust 1749 - Rus yazıçısı Aleksandr Radişşev (1749-1802) anadan olub.
   31 avqust 1811 - Fransız yazıçısı Teofil Qotye (Theophile Gautier, 1811-1872) anadan olub.
   31 avqust 1897 - Amerika aktyoru, iki dəfə «Oskar» laureatı Frederik Març (Frederick Ernest McIntyre Bickel, 1897-1975) anadan olub.
   31 avqust 1941 - Rus yazıçısı Marina Svetayeva (1892-1941) vəfat edib.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar