Xalqımızın tarixdə böyük izlər qoymuş, amma haqqında yetərincə məlumatımız olmayan, həyatı, fəaliyyəti lazımınca tədqiq edilməmiş övladları var. Onlardan biri böyük sərkərdə, filosof və şair Məhəmməd Bayram xan Baharlıdır. AMEA-nın Folklor İnstitutunun dissertantı, etnoqraf-jurnalist Ənvər Çingizoğlu XVI əsrdə Mərkəzi Asiya tarixinin böyük simalarından biri olmuş bu şəxsiyyətin həyatı haqqında maraqlı məlumat toplayıb. Bu barədə onunla söhbətləşdik.
- Bu gözəl insan, ünlü sərkərdə Məhəmməd Bayram xan Baharlı XVI əsrdə Hindistanın tarixində böyük rol oynayıb. Daha doğrusu, Hindistan tarixi öz səhifəsində ona xüsusi yer verib. Onun babaları XV əsrdə böyük dövlət qurmuş Qaraqoyunlu tayfa ittifaqının Baharlı oymağındandır. Bayram xan Baharlının ana babası Herat hakimi Sultan Hüseyn Bayqaranın (1471-1526) sarayında xidmət edib. Onun təxminən 1497-ci ildə Bədəxşanda (indiki Tacikistan) Seyfəli bəyin ailəsində doğulduğu bildirilir. Həyatı və yaradıcılığı ilə bağlı türkmən və hind alimləri də araşdırma aparıblar.
- Bayram xan Baharlı Hindistana necə gedib çıxıb?
- Bayram erkən yaşında valideynlərini itirib. O, Bədəxşanda çox qalmır, Bəlxə gedir, orada dünyəvi və dini təhsil alır. Sonra hərb işini dərindən öyrənir. Onun qoçaq və cəsur bir əsgər olması diqqəti cəlb edir. Haqqında Babur şaha məlumat verilir. Şah onu xidmətə qəbul edir.
- Onun şairliyi, bədii yaradıcılığı ilə bağlı nə kimi məlumat əldə edə bilmisiniz?
- O dövrün tarixçiləri qeyd edirlər ki, Bayram xan Baharlı həyatsevər bir igid olub. Musiqini çox sevib və bu sənətin elmi əsaslarını öyrənib. Ədəbiyyatı, tarixi və məntiqi gözəl bilib. Eyni zamanda, şeirlər də yazıb. Qəzəl, qəsidə və rübai janrlarında qələmini sınayıb. Dövrünün tanınmış alim, şair və musiqiçiləri onunla sıx əlaqə saxlayıb. Onun “Qılmadın”, “Mən” və s. rədifli qəzəlləri dövrümüzə qədər gəlib çatıb.
- Bayram xanın saray həyatı, hərbi fəaliyyəti və sonrakı taleyi necə olur?
- Babur şah Bayram xanın bacarığını yüksək qiymətləndirir. Məhz buna görə də ona məsuliyyətli işlər tapşırır. Onun hərəkətləri, əməlləri Baburun oğlu Hümayun mirzəni də özünə cəlb edir. Hümayun imperator olandan sonra Bayram xan dövlət işlərində daha yüksək yer tutur. Görkəmli sərkərdə olur. Bayram xan dövlətdə ən önəmli şəxs hesab olunurdu, dövlətin faktiki baş vəziri idi. İdarəetmə onun əlində olub. Hindistan tarixi Hümayundan daha çox Bayram xana öz səhifəsində yer verib.
Hümayun şah öldükdən sonra onun oğlu Əkbər Mirzə şah olur. O, çox gənc olduğundan ölkəni Bayram xan idarə etməyə başlayır, bir sıra qərarlar qəbul edir. Bacarıqsız məmurları vəzifədən uzaqlaşdırır. Orduda ciddi nizam-intizam yaradır. Şah qvardiyasının döyüş və intizam bacarığını artırır. O, Hümayun şahın bacısı qızı Səlimə sultan Bəyimlə ailə qurur. Əbdürrəhman adlı oğlu olur. Beləliklə, hakim siniflə qohum olur. Onun Səlimə sultan Bəyimlə ailə qurması saray əyanlarını çox narahat edir. Saray çəkişmələri başlayır. Şər, böhtan, dedi-qodu axır ki Bayram xanla Əkbər Mirzə şahın arasını vurur. Beləliklə o, yüksək vəzifədən uzaqlaşdırılır...
Əkbər şah öz keçmiş lələsini fəxri sürgünə, Həccə göndərmək fikrinə düşür. Onu yanına çağırır və deyir: “Hindistandan nə qədər istəyirsən sərvət götür, get”. Bayram xan 1561-ci ilin yanvarında Məkkəyə yola düşür. Yolda xaincəsinə öldürülür. Meyitini Hindistana, Dehliyə gətirirlər və hörmətlə dəfn edirlər.
Bu hadisənin üstündən bir neçə il keçəndən sonra qohum və yaxın adamları onun nəşini çıxarıb Məşhədə gətirir və orada dəfn edirlər...
Qələmə aldı:
Savalan Fərəcov