Azərbaycan
24 sentyabr 1857 - Azərbaycanın ilk kimyaçı alimi Mövsüm bəy Məhəmməd bəy oğlu Xanlarov (1857-1921) anadan olub. Leypsiq Universitetində ali təhsil alıb. 1883-cü ildə Strasburq Universitetində doktorluq dissertasiyasını uğurla müdafiə edib.
24 sentyabr 1928 - Görkəmli kinorejissor Arif Hacağa oğlu Babayev (1928-26.8.1983) Bakıda anadan olub. “Uşaqlığın son gecəsi”, “Gün keçdi”, “Arxadan vurulan zərbə” və s. ekran əsərlərinin müəllifidir.
24 sentyabr 1936 - Xalq artist, tanınmış bədii-qiraət ustası Əminə Yusifqızının doğum günüdür.
25 sentyabr 1890 - Folklorşünas alim Əbülqasım Nurməmməd oğlu Hüseynzadə (1890 - 2.9.1988) anadan olub.
25 sentyabr 1913 - Teatr rəssamı Nüsrət Fətullayev (1913-1.10.1987) anadan olub. Uzun illər Milli Dram Teatrının baş rəssamı olub.
25 sentyabr 1946 - Müasir Azərbaycan ədəbiyyatının tanınmış simalarından biri, populyar şair Nüsrət Kəsəmənli (1946-17.10.2003 ) anadan olub.
25 sentyabr 1935 - Ədəbiyyatşünas alim Asif Qasım oğlu Əfəndiyev (Asif Ata) (1935 - 06.06.1997) anadan olub.
25 sentyabr 1979 - Azərbaycan bəstəkarlarının V qurultayı yekunlaşıb. Qara Qarayev Bəstəkarlar İttifaqı İdarə heyətinin sədri, Rauf Hacıyev birinci katib, Fikrət Əmirov, Tofiq Quliyev, Elmira Abbasova, Aqşin Əlizadə, Firəngiz Əlizadə katiblər seçiliblər.
26 sentyabr 1950 - Xalq artisti, kamança ifaçısı Fəxrəddin Əlisahib oğlu Dadaşovun doğum günüdür.
26 sentyabr 1961 - Böyük müğənni, SSRİ-nin Xalq artisti Bülbül (Murtuza Məmmədov, 22.6.1897 - 1961) vəfat edib.
26 sentyabr 1978 - Ukraynada “Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyü” başlanıb.
26 sentyabr 2009 - Görkəmli dilçi alim, akademik Afat Qurbanov (10.1.1929-2009) vəfat edib.
27 sentyabr Dünya Turizm günüdür. 1970-ci il sentyabrın 27-də Dünya Turizm Təşkilatının nizamnaməsi qəbul olunub. 1980-ci ildə təşkilat 27 sentyabrın Dünya Turizm günü kimi qeyd edilməsi barədə qərar qəbul edib.
28 sentyabr 616 - Qədim Azərbaycan dövləti olan Qafqaz Albaniyasının qüdrətli hökmdarı Cavanşir (616-669) anadan olub. Təməli eradan əvvəl IV əsrdə qoyulan Albaniya dövlətində yeni eranın III əsrindən etibarən xristianlıq yayılmağa başlamış, lakin tezliklə dövlət zəifləyərək atəşpərəstliyin hakim olduğu Sasani (fars) imperiyasının tərkibinə qatılmışdı (262-ci il). VI əsrin sonunda Albaniyada hakimiyyətə gələn Mehranilər sülaləsi dövləti dirçəltdi. Cavanşir Mehraninin hakimiyyəti dövründə (642-ci ildən) Albaniya Sasanilərin əsarətindən çıxmış və regionun güclü dövlətinə çevrilmişdi.
Dünya
24 sentyabr 1896 - Amerika yazıçısı Frensis Skott Fitscerald (Francis Scott Key Fitzgerald, 1896 - 21.12.1940) anadan olub.
24 sentyabr 1896 - Rus əsilli fransız yazıçısı Elza Triole (Elza Yuryevna Kaqan, 1896-1970) anadan olub.
24 sentyabr 1934 - İngilis fantast-yazıçısı Con Branner (John Kilian Houston Brunner, 1934-1995) anadan olub.
24 sentyabr 1955 - Rusiya kinorejissoru («Assa», «İynə» filmləri) Aleksandr Nikolayeviç Başirovun doğum günüdür.
25 sentyabr 1765 - Polşa bəstəkarı Mixail Oginski (Michal Kleofas Oginski, 1765-1833) anadan olub.
25 sentyabr 1881 - Müasir Çin ədəbiyyatının banisi Lu Sin (1881-1936) anadan olub.
25 sentyabr 1897 - Görkəmli Amerika yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1949) laureatı Uilyam Folkner (William Cuthbert Faulkner, 1897-1962) anadan olub.
25 sentyabr 1906 - Böyük rus-sovet bəstəkarı Dmitri Şostakoviçin (1906 - 9.8.1975) doğum günüdür.
25 sentyabr 1907 - Fransız kinorejissoru Robber Bresson (Robert Bresson, 1907-1999) anadan olub.
25 sentyabr 1920 - Məşhur rus aktyoru və rejissoru Sergey Bondarçuk (1920-1994) anadan olub.
25 sentyabr 1944 - Amerika kinoulduzu, iki dəfə «Oskar» laureatı Maykl Duqlas (Michael Kirk Douglas) anadan olub.
25 sentyabr 1952 - Amerika aktyoru («Supermen» filmi) Kristofer Rev (Christopher Reeve, 1952-2004) anadan olub.
25 sentyabr 1952 - Məşhur ispan kinorejissoru, iki dəfə “Oskar” mükafatı laureatı Pedro Almodovar (Pedro Almodovar Caballero) anadan olub.
26 sentyabr 1885 - Rus rəssamı Sergey Gerasimov (1885-1964) anadan olub.
26 sentyabr 1888 - Amerika-ingilis şairi və yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1948) laureatı Tomas Sternz Eliot (Thomas Stearns Eliot, 1888-1965) anadan olub.
26 sentyabr 1889 - Alman filosofu, ekzistensializmin görkəmli nümayəndəsi Martin Haydegger (Martin Heidegger, 1889-26.5.1976) anadan olub.
26 sentyabr 1923 - Rus-sovet kinorejissoru («Qaçış», «Tehran-43») Aleksandr Alov (1923-1983) anadan olub.
26 sentyabr 1934 - Məşhur Rusiya aktyoru, SSRİ-nin Xalq artisti Oleq Basilaşvilinin doğum günüdür.
26 sentyabr 1956 - Amerika kinoaktrisası Linda Hamilton (Linda Hamilton) anadan olub.
27 sentyabr 1871 - İtalyan yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1926) laureatı Qrasiya Deledda (1871-1936) anadan olub.
27 sentyabr 1972 - Amerika kinoaktrisası, «Oskar» laureatı Qvinet Peltrou (Gwyneth Kate Paltrow) anadan olub.
27 sentyabr 1978 - Məşhur Ukrayna estrada müğənnisi Ani Lorak anadan olub.
28 sentyabr 1573 - Dahi italyan rəssamı Mikelancelo Karavaco (Michelangelo Merisi da Caravaggio, 1573 - 18.7.1610) anadan olub.
28 sentyabr 1803 - Fransız yazıçısı Prosiper Merime (Prosper Merimee, 1803-1870) anadan olub.
28 sentyabr 1897 - Qazax yazıçısı Muxtar Auezov (1897-1961) anadan olub.
28 sentyabr 1906 - Rus-sovet yazıçısı, ssenarist və dramaturq Aleksandr Şteyn (1906-1993) anadan olub.
28 sentyabr 1915 - Məşhur rus-sovet teatr rejissoru Georgi Tovstonoqov (1915-1989) anadan olub.
28 sentyabr 1916 - İngilis aktyoru, «Oskar» laureatı Piter Finç (Frederick Peter Ingle-Finch, 1916-1977) anadan olub.
28 sentyabr 1924 - Dünya şöhrətli italyan aktyoru Marçello Mastroyaninin (Marcello Vincenzo Domenico Mastroianni, 1924-1996) doğum günüdür.
28 sentyabr 1934 - Məşhur fransız aktrisası Bricitt Bardo (Brigitte Bardot - Camille Javal) anadan olub.
28 sentyabr 1952 - Holland kinoaktrisası Silviya Kristel (Sylvia Kristel) anadan olub.