Azərbaycan
   
   29 sentyabr 1833 - Şair, rəssam, xəttat və musiqişünas alim Mir Möhsün Nəvvab (1833-1918) Şuşada anadan olub.
   
   29 sentyabr 1928 - Dünya şöhrətli alim, akademik Azad Mirzəcanzadə (1928-2006) anadan olub. Neftçıxarma texnologiyaları üzrə elmi yeniliklərin müəllifidir, xarici elmi mərkəzlərə, Rusiya Təbiət Elmləri Akademiyasına fəxri üzv seçilib. Respublika Ali Attestasiya Komissiyasının, Dövlət Elm və Texnika Komitəsinin sədri olub. 1962-ci ildə tətbiqi mexanika ixtisası üzrə Akademiyanın müxbir üzvü, 1968-ci ildə Akademiyanın həqiqi üzvü seçilib. 300-dən çox elmlər namizədi, 120-dən çox elmlər doktoru hazırlayıb.
   
   30 sentyabr 1139 - Gəncədə dəhşətli zəlzələ baş verib. Təbii fəlakət minlərlə insanın həyatına son qoyub. Zəlzələ zamanı baş verən torpaq sürüşmələri nəticəsində Kəpəz dağının ətəyində Göygöl yaranıb.
   
   30 sentyabr 1920 - Aktyor, rejissor Lətif Səfərov (1920 - 9.12.1963) Şuşada anadan olub. 1928-1931-ci illərdə “Sevil”, “Lətif”, “Şərqə yol” filmlərində uşaq rollarında oynayıb. “Bəxtiyar”, “Qızmar günəş altında”, “Leyli və Məcnun” filmlərinə quruluş verib. Respublika Kinematoqrafçılar İttifaqının sədri olub.
   
   30 sentyabr 1950 - Bəstəkar Zülfüqar Hacıbəyov (17.4.1884-1950) vəfat edib. "Aşıq Qərib" operasının, musiqili komediyaların müəllifidir.
   
   30 sentyabr 1991 - Məşhur xanəndə Səxavət Məmmədov (10.10.1953-1991) faciəli şəkildə (yol qəzasında) dünyasını dəyişib.
   
   30 sentyabr 2002 - "Azərbaycan Respublikasında dövlət dili haqqında" Qanun qəbul edilib.
   Sentyabrın sonu 1924 - Bakıda Ümumazərbaycan diyarşünaslıq qurultayı keçirilib.
   Sentyabrın sonu 1936 - Nuxa (Şəki) Dövlət Dram Teatrının açılışı olub.
   
   Dünya
   
   29 sentyabr 1547 - Görkəmli ispan yazıçısı Migel de Servantes (Miguel de Cervantes y Saavedra, 1547 - 23.4.1616) anadan olub. “Don Kixot” romanı ilə dünya şöhrəti qazanıb.
   29 sentyabr 1703 - Fransız rəssamı Fransua Buşe (François Boucher, 1703-1770) anadan olub.
   29 sentyabr 1810 - İngilis yazıçısı Elizabet Qaksellin (Elizabeth Cleghorn Gaskell, 1810-1865) doğum günüdür.
   29 sentyabr 1817 - Rus yazıçısı və dramaturqu Aleksandr Suxovo-Kobılin (1817-1903) anadan olub.
   29 sentyabr 1864 - İspan filosofu və yazıçısı Migel de Unamuno (Miguel de Unamuno y Jugo, 1864-1936) anadan olub.
   29 sentyabr 1912 - Görkəmli italyan kinorejissoru, «Oskar» laureatı Mikelancelo Antonioni (Michelangelo Antonioni, 1912-30.7.2007) anadan olub.
   29 sentyabr 1913 - Amerika kinorejissoru Stenli Kramer (Stanley Earl Kramer, 1913-19.2.2001) anadan olub.
   29 sentyabr 1931 - Amerika aktrisası Anita Ekberq (Kersten Anita Marianne Ekberg) anadan olub.
   29 sentyabr 1932 - Amerika kinorejissoru, iki dəfə «Oskar» laureatı Robert Bentonun (Robert Benton) doğum günüdür.
   
   30 sentyabr 1707 - İtalyan rəssamı Petro Rotari (Pietro Antonio Rotari, 1707-1762) anadan olub.
   30 sentyabr 1715 - Fransız filosofu, assosiativ psixologiyanın banisi Etyen de Kondilyak (Etienne Bonnot de Condillac, 1715-1780) anadan olub.
   30 sentyabr 1917 - Məşhur rus rejissoru, Taqanka Teatrının rəhbəri Yuri Lyubimovun doğum günüdür.
   30 sentyabr 1921 - İngilis aktrisası, «Oskar» laureatı Debora Kerr (Deborah Jane Kerr-Trimmer, 1921-16.10.2007) anadan olub.
   30 sentyabr 1924 - Amerika yazıçısı Truman Kapote (Truman Capote - Truman Streckfus Persons, 1924-1984) anadan olub.
   30 sentyabr 1928 - Amerika yazıçısı və pedaqoqu, Nobel sülh mükafatı (1986) laureatı Eli Vizelin (Elie Wiesel) doğum günüdür.
   30 sentyabr 1961 - Amerika aktyoru Erik Ştols (Eric Stoltz) anadan olub.
   30 sentyabr 1964 - Məşhur italyan aktrisası və fotomodeli Monika Belluççi (Monica Anna Maria Bellucci) anadan olub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar