Azərbaycan
   
   13 oktyabr 1880 - Bakı-Sabunçu-Suraxanı xəttinin istifadəyə verilməsi ilə Azərbaycanda dəmir yolu nəqliyyatının əsası qoyulub. Prezident İlham Əliyevin 2005-ci il 7 oktyabr tarixli sərəncamı ilə 13 oktyabr Azərbaycan dəmir yolu işçilərinin peşə bayramı günü elan olunub.
   13 oktyabr 1921 - Türkiyə, Rusiya və Cənubi Qafqazın üç sovet respublikası - Azərbaycan, Ermənistan və Gürcüstan arasında Qars müqaviləsi imzalanıb. Sənəd 1921-ci il martın 16-da Rusiya ilə Türkiyə arasında bağlanmış Moskva müqaviləsinin davamı idi. Qars müqaviləsində Türkiyənin Azərbaycan, Ermənistan və Gürcüstanla sərhədləri müəyyənləşdi. Müqavilənin mühüm bəndlərindən biri Naxçıvanla bağlı idi. Sənəddə Naxçıvanın Azərbaycanın ayrılmaz hissəsi olduğu və Türkiyənin razılığı olmadan Naxçıvanın yurisdiksiyasının dəyişdirilməsinin yolverilməzliyi təsbitlənmişdi.
   13 oktyabr 1938 - Kinooperator Şərif Şərifov Bakı şəhərində anadan olub. 1958-ci ildən "Azərbaycanfilm" kinostudiyasında işləyir.
   13 oktyabr 1940 - Bəstəkar, uşaqlar üçün rəngarəng musiqi əsərlərinin müəllifi Rəşid Şəfəq (Rəşid Camal oğlu Əliyev) anadan olub.
   13 oktyabr 1949 - Rejissor Cahangir Zeynallının doğum günüdür. 1975-ci ildən “Azərbaycanfilm” kinostudiyasında çalışır.
    13 oktyabr 1974 - Azərbaycan rəssamlıq məktəbinin ən görkəmli nümayəndələrindən biri, Xalq rəssamı Səttar Bəhlulzadə (1909-1974) vəfat edib. S.Bəhlulzadə 1909-cu il dekabrın 15-də Bakının Əmircan kəndində doğulmuşdu. Onun peyzajlarında, lirik natürmortlarında incə xalq yaradıcılığı motivləri hiss edilir. Dünyanın bir çox ölkələrində fərdi sərgiləri keçirilən rəssamın əsərləri müxtəlif xarici muzeylərin daimi eksponatları sırasındadır.

   14 oktyabr 1875 - Tanınmış maarif xadimi, nasir, mühərrir Əlisgəndər Hacıbaba oğlu Cəfərzadə (1875 - 1941) anadan olub.
   14 oktyabr 1933 - Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndəsi, Xalq şairi Məmməd Araz (1933-2004) Naxçıvan Muxtar Respublikası Şahbuz rayonunun Nurs kəndində anadan olub. Vətənpərvərlik, milli ruha sayğı şairin əsərlərinin aparıcı mövzusudur. Bir sıra rus şairlərinin əsərlərini dilimizə tərcümə edib.
     
   Dünya
   
   13 oktyabr 1909 - Rus yazıçısı, sovet dövründə məşhur olan “Bonivurun ürəyi” romanının müəllifi Dmitri Naqişkin (1909-1961) anadan olub.
   13 oktyabr 1921 - Fransız aktyoru və müğənnisi İv Montan (Yves Montand - Ivo Livi, 1921-1991) anadan olub.
   13 oktyabr 1933 - Tanınmış rus rejissoru (“Lenkom” teatrı) Mark Zaxarovun doğum günüdür.
   13 oktyabr 1934 - Məşhur rus komediya aktyoru (“Uğur centlmenləri”) Saveli Kramarov (1934-1995) anadan olub.
   13 oktyabr 1941 - Amerikalı rok-musiqiçi, bəstəkar, üç dəfə “Qremmi” mükafatı laureatı Pol Saymon (Paul Frederic Simon) anadan olub.
   13 oktyabr 1956 - Amerika ssenaristi və prodüseri Kris Karterin (Chris Carter) doğum günüdür.
   
   14 oktyabr 1585 - Alman bəstəkarı, dirijor və pedaqoq Henrix Şüts (Heinrich Schütz, 1585-1672) anadan olub.
   14 oktyabr 1864 - Polyak yazıçısı Stefan Jeromski (Stefan Zeromski, 1864-1925) anadan olub.
   14 oktyabr 1875 - Rus yazıçısı, tarixi romanlar müəllifi Sergey Qriqoryevin (əsl soyadı Patraşkin, 1875-1953) doğum günüdür.
   14 oktyabr 1896 - Amerika kinoaktrisası, “Oskar” laureatı Lilian Qiş (Lillian Diana Gish, 1896- 1993) anadan olub.
   14 oktyabr 1925 - Rus kinorejissoru (“Zolaqlıların səfəri”) Vladimir Fetin (1925-1981) anadan olub.
   14 oktyabr 1927 - Məşhur ingilis aktyoru, Ceyms Bond rollarının ifaçısı Rocer Mur (Roger George Moore) anadan olub.
   14 oktyabr 1946 - Rus kinorejissoru, aktyor, ssenarist Pavel Çuxray anadan olub.







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar