Azərbaycan
   
   10 noyabr 1997 - "Azərbaycan Respublikasında ədəbiyyat və incəsənət xadimlərinə dövlət qayğısının artırılması haqqında" Prezident fərmanı imzalanıb.
   
   11 noyabr 1907 - Şair, dramaturq, Əməkdar incəsənət xadimi Mirmehdi Həsən oğlu Seyidzadə (1907 - 31.08.1976) Türkmənistanın Aşqabad şəhərində dənizçi ailəsində doğulub. İbtidai təhsilini İranın Məşhəd şəhərində alıb. 1920-ci ildə ailəliklə Bakıya köçüb. Uşaqlar uçun şeirlər, mənzum nağıllar, kiçik pyeslər yazıb. Rus ədiblərinin əsərlərini dilimizə tərcümə edib.
   11 noyabr 1921 - Xalq şairi, ədəbiyyatşünas Balaş Azəroğlu (Balaş Allahbaxış oğlu Abizadə) Bakıda anadan olub. 1938-ci ildə ailəliklə Cənubi Azərbaycana, Ərdəbil şəhərinə köçüb, milli azadlıq hərəkatına qoşulub. Ərdəbildə və Təbrizdə ilk şeir kitabları nəşr olunub. Sonra yenidən Bakıya qayıdıb, ADU-nun filologiya fakültəsini bitirib, ədəbi yaradıcılığını davam etdirib.
   11 noyabr 1934 - Xalq artisti İslam Tapdıq oğlu Rzayev (1934 - 28.1.2008) anadan olub. 20 ilə yaxın Muğam Teatrının bədii rəhbəri olub, 100-dən çox gənc ifaçı yetişdirib.
   11 noyabr 1948 - Energetiklər şəhəri Mingəçevirin təməli qoyulub. Kür çayı üzərində Cənubi Qafqazın ən böyük su elektrik stansiyasının və Mingəçevir su anbarının tikintisinin başlanması bölgədə iri sənaye mərkəzinin yaranmasına təkan verdi. Ötən dövrdə Mingəçevir 100 min nəfər əhalisi olan böyük yaşayış məntəqəsinə çevrilib.
   11 noyabr 1950 - Teatr tənqidçisi, publisist Əsəd Teymur oğlu Məmmədov anadan olub.
   11 noyabr 1951 - Xalq artisti, aktyor, rejissor İsmayıl Hidayətzadə (19.8.1901 - 1951) vəfat edib. 1938-ci ildə Moskvada keçirilən Azərbaycan mədəniyyəti günlərində onun quruluş verdiyi "Koroğlu" və "Arşın mal alan" tamaşaları böyük uğur qazanır. İlk milli baletimizin - "Qız qalası"nın librettosunu yazıb. Bir neçə filmdə ("Qız qalası", "Almaz" və s.) çəkilib.
   
   Dünya
   
   10 noyabr Dünya Gənclər günüdür. 1946-cı ildə Dünya Demokratik Gənclər Federaiyası (World Federation of Democratic Youth, WFDY) tərəfindən təsis edilib.
   10 noyabr 1483 - Alman teoloqu və filosofu, xristianlıqda Reformasiya (islahat) hərəkatının rəhbəri Martin Lüter (1483 - 15.2.1546, Martin Luther) anadan olub. Xristianlıq dinində protestantizm məzhəbinin qollarından biri onun adı ilə - lüteranlıq adlanır.
   10 noyabr 1668 - Fransız bəstəkarı Fransua Kuperen (1668-1733) anadan olub.
   10 noyabr 1759 - Görkəmli alman şairi, dramaturqu və incəsənət nəzəriyyəçisi İohann Fridrix Şillerin (Johann Christoph Friedrich von Schiller, 1759 - 9.5.1805) doğum günüdür.
   10 noyabr 1846 - Finlandiya bəstəkarı və dirijoru Martin Veqelius (Martin Wegelius, 1846-1906) anadan olub.
   10 noyabr 1928 - Məşhur italyan bəstəkarı, dirijor və aranjimançı Ennio Morrikone (Ennio Morricone) anadan olub.
   10 noyabr 1935 - Amerika kinoaktyoru Roy Şayder (Roy Scheider, 1932-2008) anadan olub.
   
   11 noyabr 1837 - Polyak rəssamı Artur Qrotqer (Artur Grottger, 1837-1867) anadan olub.
   11 noyabr 1922 - Amerika yazıçısı, satirik əsərlər müəllifi Kurt Vonnequt (Kurt Vonnegut, 1922-2007) anadan olub.
   11 noyabr 1944 - Məşhur türk kinoaktyoru, onlarla komediya filmində yaddaqalan rollar (Şaban obrazı) yaradan Kamal Sunal (1944 - 3.7.2000) anadan olub.
   11 noyabr 1962 - Amerika kinoakrtisası Demi Mur (Demi Moore) doğulub.
   11 noyabr 1974 - Məşhur Amerika kinoaktyoru Leonardo Di Kaprio (Leonardo Wilhelm DiCaprio) anadan olub.






Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar