Azərbaycan
   
   12 noyabr 1921 - Azərbaycan rəssamlıq sənətinin parlaq nümayəndələrindən biri Güllü Hacağa qızı Mustafayeva (1921-1993) Türkmənistanın Cərco şəhərində anadan olub. Yaradıcılığında uşaq portretləri xüsusi silsilə təşkil edir.
   12 noyabr 1950 - Əməkdar artist Pərviz Sadıq Saleh oğlu Bağırov anadan olub. 1972-ci ildən Akademik Milli Dram Teatrında çalışır.
   12 noyabr 1958 - Şair Xəlil Mirzə anadan olub.
   12 noyabr 1995 - Azərbaycanda çoxpartiyalılıq əsasında ilk parlament seçkiləri və yeni Konstitusiyanın qəbulu ilə bağlı referendum keçirilib. Rəsmi nəticələrə görə, səsvermədə ölkə üzrə seçicilərin 86 faizi (3,5 mln. nəfər) iştirak etmiş, seçicilərin 92 faizi Konstitusiya layihəsini dəstəkləmişdi. Yeni Konstitusiya 1995-ci il noyabrın 27-də qüvvəyə mindi. Prezident Heydər Əliyevin fərmanı ilə 12 noyabr - Konstitusiya günü elan edildi.
   
   13 noyabr 1945 - Tanınmış şair Vahid Əziz (Vahid Əziz oğlu Cəfərov) anadan olub. Bir çox şeirlərinə populyar mahnılar bəstələnib.
   13 noyabr 1945 - Xalq artisti Elmira Məhərrəm qızı İsmayılova İrəvanda (Ermənistan SSR) anadan olub. 1968-ci ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisasıdır.
   13 noyabr 1960 - Kinorejissor, rəssam Şamil Nəcəfzadə anadan olub. Bir sıra bədii filmlərdə quruluşçu rəssam, cizgi və sənədli filmlərin (“Qala”) rəssamı və rejisorudur.
   15 noyabr 1948 - Aktyor, dramaturq Arif Mədətov anadan olub.
   
   14 noyabr 1917 - Keçmiş SSRİ-nin kosmik aviasiya general-leytenantı Kərim Kərimov (1917-2003) anadan olub. Uzun illər sovet kosmonavtikasının rəhbərlərindən biri, kosmik uçuşlar üzrə dövlət komissiyasının sədri olub. Lakin onun fəaliyyəti məxfi qrif altında olduğu üçün geniş ictimaiyyət azərbaycanlı general Kərimovu yalnız 90-cı illərdə tanıdı.
   14 noyabr 1925 - Şair, nasir, publisist Gəray Fəzli (Gəray Fəzli oğlu Alimov, 1925 - 26.12.1995) anadan olub.
   
   14 noyabr 1967 - Əməkdar artist Ələkbər Hüseyn oğlu Hüseynzadə (3.10.1887 - 1967) vəfat edib. Ələkbər Hüseynzadə komediya ustası olmaqla yanaşı dramatik rollarda da çıxış edibr. "Arşın mal alan" kinooperettasında (1945)yaratdığı Soltan bəy obrazı yaradıcılığında xüsusi yer tutur
   14 noyabr 2006 - Azərbaycan estradasının görkəmli nümayəndələrindən biri, Xalq artisti Oqtay Ağayev (1934-2006) vəfat edib. 1960-1980-ci illərdə Azərbayacan Televiziyası və Radiosu Estrada Orkestrinin solisti olub.
   15 noyabr 1919 - Azərbaycan Xalq Cümhuriyyətinin ilk ali təhsil ocağı - Bakı Dövlət Universiteti fəaliyyətə başlayıb. Universitetin açılması barədə qərar 1919-cu il sentyabrın 1-də Xalq Cümhuriyyətinin parlamenti tərəfindən qəbul edilmişdi.
   15 noyabr 1927 - Xalq artisti, rəqqasə, pedaqoq Xumar Zülfüqarova (1927) anadan olub.
   15 noyabr 1933 - Ədəbiyyatşünas, tənqidçi Firudin Hüseynov (1933-1986) anadan olub.
   
   16 noyabr 1906 - Dünya şöhrətli xalçaçı rəssam, dekorativ sənət ustası Lətif Kərimov (1906-1991) Şuşada anadan olub.
   16 noyabr 1938 - Məşhur aktyor, rejissor Abbas Mirzə Şərifzadə (Abbas Mirzə Mirzə Əbdülrəsul oğlu Şərifzadə, 12.12.1893, Şamaxı - 1938) dünyasını dəyişib. Sənətkar Stalin repressiyalarının qurbanı olub, İran dövlətinə casusluq etməkdə ittiham olunaraq güllələnib. 1956-cı ildə ölümündən sonra ona bəraət verilib.
   16 noyabr 1995 - Xalq artisti Zemfira Məmmədəli qızı Əliyeva (1941, Gəncə - 1995) vəfat edib. "Böyük dayaq" filmində (1962) yaratdığı Pərişan obrazı ilə məşhurlaşıb. Gəncə və Naxçıvan teatrlarında, 1988-1995-ci illərdə Akademik Milli Dram Teatrında çalışıb.
   
   Dünya
   
   12 noyabr 1833 - Məşhur rus bəstəkarı (“Knyaz İqor” operasının müəllifi (Aleksandr Borodin, 1833-1887) anadan olub.
   12 noyabr 1840 - Görkəmli fransız heykəltəraşı, heykəltəraşlıqda impressionizmin (“Mütəfəkkir” heykəli) banilərindən biri Fransua Ogüst Roden (François-Auguste-Rene Rodin, 1840-17.11.1917) anadan olub.
   12 noyabr 1929 - Rus aktyoru və kinorejissoru, SSRİ-nin Xalq artisti Rolan Anatolyeviç Bıkovun (1929-1998) doğum günüdür.
   12 noyabr 1935 - Tanınmış rus aktrisası və müğənnisi, SSRİ-nin Xalq artisti Lyudmila Markovna Qurçenko anadan olub.
   12 noyabr 1964 - Rus kinoaktrisası Natalya Neqoda (1980-ci illərin populyar “Balaca Vera“ flimində baş rol) anadan olub.
   
   13 noyabr 1745 - Fransız xeyriyyəçisi, pedaqoq, korlar üçün ilk əlifbanın müəllifi Valentin Hauy (Valentin Haüy, 1745-1822) anadan olub. Onun doğum günü şərəfinə 13 noyabr - “Beynəlxalq gözdən əlillər günü” kimi qeyd olunur.
   13 noyabr 1850 - Məşhur ingilis (şotland əsilli) yazıçı, macəra romanlarının (“Dəfinələr adası”) müəllifi Robert Luis Stivenson (Robert Louis Stevenson, 1850- 3.12.1894) anadan olub.
   13 noyabr 1889 - Ukrayna satirik yazıçısı Ostap Vişnya (əsl adı Pavel Mixayloviç Qubenko, 1889-1956) anadan olub.
   13 noyabr 1921 - Görkəmlı Finlandiya bəstəkarı Yonas Kokkonen (Joonas Kokkonen, 1921-1996) anadan olub.
   13 noyabr 1955 - Amerika kinoaktrisası Vupi Qoldberq (Whoopi Goldberg - Caryn Elaine Johnson) anadan olub.
   13 noyabr 1969 - Şotland kinoaktyoru Cerard Batlerin (Gerard Butler) doğum günüdür.
   
   14 noyabr 1719 - Avstriya bəstəkarı, məşhur skripkaçı və pedaqoq, dünya şöhrətli bəstəkar Volfqanq Amadey Motsartın atası Leopold Motsart (Leopold Mozart, 1719-1787) anadan olub.
   14 noyabr 1812 - İtalyan şairi Aleardo Aleardi (Aleardo Aleardi, 1812-1878) anadan olub.
   
   14 noyabr 1840 - Görkəmli fransız rəssamı, impressionizmin banisi Klod Mone (Oscar-Claude Monet, 1840-1926) anadan olub.
   14 noyabr 1900 - Amerika bəstəkarı, pianoçu və dirijor Aron Koplendin (Aaron Copland, 1900- 1990) doğum günüdür.
   14 noyabr 1907 - Məşhur İsveç yazıçısı, uşaqlar üçün əsərlərin (“Balaca və Karlson”) müəllifi Astrid Lindqren (Astrid Anna Emilia Lindgren-Griksson, 1907- 28.1.2002) anadan olub.
   14 noyabr 1924 - Dünya şöhrətli skripkaçı, SSRİ Xalq artsiti Leonid Borisoviç Koqan (1924 - 17.12.1982) anadan olub.
   14 noyabr 1963 - Rusiyanın tanınmış estrada müğənnısi və aktrisası Lolita Milyavskaya doğulub.
   
   15 noyabr 1862 - Alman yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1912) laureatı Gerhart Qauptman (Gerhart Johann Robert Hauptmann, 1862 - 6.6.1946) anadan olub.
   15 noyabr 1916 - Polyak yazıçısı, ədəbiyyat üzrə Nobel mükafatı (1905) laureatı Henrik Senkeviç (Henryk Sienkiewicz - Henryk Adam Aleksander Pius Sienkiewicz, 5.5.1846 - 1916) vəfat edib.
   15 noyabr 1925 - Rus-sovet yazıçısı və şairi, tərcüməçi, məşhur dissident Yuli Markoviç Daniel (1925- 30.12.1988) anadan olub.
   15 noyabr 1976 - Dünya şöhrətli fransız aktyoru Jan Qaben (əsl adı Jean-Alexis Moncorge, 17.5.1904 - 1976) vəfat edib.
      
   16 noyabr - Beynəlxalq Tolerantlıq günüdür (International Day for Tolerance). 1995-ci ildə UNESCO-nun 28-ci Baş konfransında “Tolerantlıq prinsipləri Bəyannaməsi”ndə təsis olunub. 1997-ci ildə BMT-nin Baş Assambleyası dünya dövlətlərinə bu beynəlxalq günü qeyd etməyi tövsiyə edib.
   16 noyabr 1717 - Fransız filosofu və mütəfəkkiri, məşhur “Elm, incəsənət və peşə Ensikpopediyası”nın müəlliflərindən biri Jan Leron D"Alamber (Jean Le Rond D"Alembert, 1717 - 29.10.1783) anadan olub.
   16 noyabr 1766 - Fransız bəstəkarı və skripkaçısı Rodolf Kreyserin (Rodolphe Kreutzer, 1766 - 6.1.1831) doğum günüdür.
   16 noyabr 1895 - Alman bəstəkarı və dirijoru, musiqi nəzəriyyəçisi Paul Hindemit (Paul Hindemith, 1895-28.12.1963) anadan olub.
   16 noyabr 1900 - Rus-sovet yazıçı-dramaturqu, Lenin və Oktyabr inqilabı haqqında pyeslərin müəllifi Nikolay Poqodin (Stukalov) (1900-1962) anadan olub.
   16 noyabr 1962 - Rus bəstəkarı və müğənnisi, Rusiyanın Xalq artisti İqor Kornelyuk anadan olub.
   16 noyabr 1977 - Amerika kinoaktrisası Meqqi Cillenhal (Maggie Ruth Gyllenhaal) anadan olub.







Bu kateqoriyaya aid digər yazılar

News

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar