Şeyx Mahmud Şəbüstəri XIII əsrin sonlarında (təxminən 1288-1289-cu illər) Təbriz yaxınlığındakı Şəbüstər kəndində, ilahiyyatçı ailəsində dünyaya gəlib. Uşaqlıq illəri Təbrizdə keçib, ibtidai təhsilini də bu şəhərdə alıb. Erkən yaşında dərin elm, savad sahibi olub, irfan və mənəviyyat məsələlərinə dair bilikləri ilə Herat və Xorasan alimlərini təəccübləndirib.
O, gənc yaşlarında səfərə çıxır, Misiri, Şam və Hicazı gəzib-dolaşır. Bu yerlərin filosof alimləri ilə görüşür və kitabxanalarında çalışır. Təsəvvüfə və irfana dair bir sıra elmi əsərlər yazır. Əsərlərin içərisində ona daha böyük şöhrət qazandıranı "Gülşəni-raz" ("Sirr bağçası") məsnəvisi olur. Əsər təsəvvüf ədəbiyyatında işlənən bir sıra anlayış və istilahların, incə mətləb və rəmzlərin açıqlanmasına həsr olunub. Əsər yazıldığı vaxtdan təsəvvüfün təməl kitablarından, ana qaynaqlarından biri sayılıb. Sonradan bu mövzuda yazılan əsərlərdə “Gülşəni-raz”a təkrar-təkrar müraciət olunub.
"Gülşəni-raz"ın yazılmasının maraqlı tarixçəsi var. 1317-ci ildə Xorasanın nüfuzlu alimlərindən sayılan Seyid Hüseyn Hərəvi (1246-1320) yaxın adamlarından bir nəfəri Şəbüstərinin yanına göndərir. Ona şeirlə yazdığı məktubunu çatdırır. Xorasan alimi həmin məktubunda Şəbüstəridən xahiş edib ki, onu düşündürən 15 suala şeirlə cavab yazsın. Şəbüstəri əvvəl xahişi qəbul etmir. Bildirir ki, sualların cavabı onun nəsrlə yazdığı risalələrində var. Fikrini həm də onunla əsaslandırır ki, indiyədək qələmini şeirdə sınamayıb və fikirlərinin əruza, qafiyəyə sığacağına inanmır. Bununla belə, Şəbüstəri yaxın bir adamının xahişini nəzərə alaraq işə girişir və çox qısa zamanda suallara cavab yazır. "Gülşən-raz" məsnəvisi belə ortaya çıxır.
Kitabda müəllif "Vəhdəti-vücud" nəzəriyyəsindən söz açır. Onun yazılma səbəbindən danışır. Əsərin əsas məzmunu bilavasitə müəllifə ünvanlanmış on beş sualın cavabından ibarətdir. Bu suallar birbaşa təsəvvüflə - "Vəhdəti-vücud" nəzəriyyəsinin əsas müddəaları, eləcə də ayrı-ayrı sufi anlayışları və rəmzləri ilə bağlı olub. Şəbüstərinin sufi anlayışları ilə bağlı açıqlamaları yığcamlığı və lakonikliy ilə yanaşı (kitabın ümumi həcmi 1000 beytdən çoxdur), yüksək bədii sənətkarlığı, obrazlığı, fikrin məcaziliyi ilə diqqəti cəlb edib. Kitabdakı hər sualdan sonra onun cavabı verilib. Cavablar "qayda" və "təmsil" adlı başlıqlarla daha da əsaslandırılıb və təkmilləşdirilib. "Təmsil" adlı başlıqlarda müəllif fikirlərini bənzətmə, müqayisə yolu ilə kiçik nümunələrlə verib.
Xorasanlı alimin Şəbüstəriyə ünvanladığı sualların məzmunu maraq doğurur. Orta əsrlərdə yaşamış yüksək təfəkkürlü elm adamları üçün bu suallara cavab tapmaq o qədər də çətin və mürəkkəb bir iş deyilmiş. Bu mənada sufizmin geniş yayıldığı Xorasan bölgəsindən Təbrizə bu cür suallarla müraciətin edilməsi bir qədər qəribə görünüb. Bununla belə məsələnin mahiyyətinə dərindən vardıqda hər şey aydınlaşır və belə bir təsəvvürün yanlış olduğu aşkara çıxır. Belə ki, sufizmin görkəmli nümayəndələrindən biri sayılan Həllac Mənsur (858-922) edam ediləndən sonra bir çox görkəmli sufi şəxsiyyətləri onlara qarşı çıxan qatı mühafizəkar ruhanilərin böhtan və cəzalarından qorunmaq məqsədilə fikirlərini açıq-aşkar deyə bilmirlər. Ona görə də fikirlərini müxtəlif rəmzlər, eyham və işarələrlə ifadə etmək məcburiyyətində qalıblar.
Orta əsrlərin ayrı-ayrı sufi təriqətlərinin nümayəndələri bir sıra hallarda yalnız onlar üçün anlaşıqlı olan rəmz və anlayışlardan istifadə ediblər. Buna görə də bir sıra sufi rəmzləri və anlayışları müxtəlif təriqətlərdə fərqli şəkildə yozulub və hamı tərəfindən eyni cür anlaşılmayıb. Şəbüstəri isə çox böyük ustalıqla rəmzlər, eyham və işarələrlə danışa bilib. Həm də bütün rəmzləri və anlayışları gözəl qavrayıb. Şəbüstəri "Gülşəni-raz"da ona ünvanlanan suallara çox qısa, ancaq olduqca məzmunlu cavab yazıb. "Gülşəni-raz" yüksək bədii keyfiyyətləri ilə seçilən sənət əsəri, poeziya örnəyidir. Əsərin çox yüksək sənətkarlıqla, coşqun ilham və incə zövqlə qələmə alındığı bildirilir. Qeyd olunur ki, əsərdə sufizmlə bağlı bir sıra məsələlər olduqca obrazlı şəkildə, məcazi və poetik bir dillə qələmə alınıb. Müəllifin əsərə "Gülşəni-raz" kimi poetik bir ad verməsi də elə ondakı bir sıra incə mətləblərin məhz məcazi bir dillə ifadə olunması ilə bağlı olduğunu göstərir.
"Gülşəni-raz" məsnəvisi XIX yüzillikdən başlayaraq Avropada da diqqəti cəlb edib. Tanınmış şərqşünas Hammer Purqstal 1838-ci ildə "Gülşəni-raz"ı alman dilinə çevirib. "Gülşəni-raz" 1880-ci ildə ingilis dilinə də tərcümə edilərək Londonda çap olunub. Əsər daha sonra italyan və fransız dillərində də işıq üzü görür.
Şeyx Şəbüstəri elm, fəzilət və irfanının sorağı şərqin ən ucqar ölkələrinə yayılıb. Şərqdə təsəvvüf və irfan elminin ən görkəmli bilicisi kimi tanınır. O, «Gülşəni-raz» mənzuməsindən başqa «Səadətnamə» adlı məsnəvi, «Həqqül-yəqin» və «Miratül-həqəqeyn» adlı risalələrin müəllifi olub. 1320-ci ildə, 33 yaşında vətəni Şəbüstər kəndində vəfat edib. Gülşən qəbiristanlığında müəllimi Bəha əd-Din Yaqub Təbrizinin yanında dəfn olub.
Savalan Fərəcov