Azərbaycan
   
   24 noyabr 1922 - Opera müğənnisi Rəhilə Cabbarova (1922-2002) anadan olub. “Kölgələr sürünür” filmində (Cahan), “Sevil” film-operasında (Gülüş rolunun mahnılarının ifası) çəkilib.
   24 noyabr 1924 - Məşhur rəssam, Əməkdar incəsənət xadimi Vəcihə Əli qızı Səmədova (1924 - 24.10.1965) anadan olub. Tanınmış şəxsiyyətlərin portretlərinin, mənzərə və tematik tabloların müəllifidir.
   24 noyabr 1939 - Beyləqan (1990-cı ilədək Jdanov adlanıb) rayonunun yarandığı gündür.
   
   24 noyabr 2001 - Aktyor Səyavuş Şəfiyev (1.9.1937 - 2001) vəfat edib. “Əhməd haradadır” (Əhməd), “Uşaqlığın son gecəsi” (Rüstəm) və s. filmlərdə yaddaqalan obrazlar yaradıb.
   24 noyabr 2006 - Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva sosial-maarifçilik layihələrinə, sivilizasiyalararası dialoqa, İslam aləmində görülən işlərə verdiyi dəstəyə görə İslam Konfransı Təşkilatının elm, təhsil, mədəniyyət qurumu olan İSESCO-nun Xoşməramlı səfiri adına layiq görülüb. 2004-cü ildə M Mehriban Əliyevaya UNESCO-nun Xoşməramlı səfiri fəxri adı verilmişdi.
   
   25 noyabr 1875 - Görkəmli dövlət xadimi, Azərbaycan Xalq Cümhuriyyətinin qurucularından olan Fətəli xan Xoyski (25.11 (yeni təqvimlə 7.12) 1875-1920) Şəkidə anadan olub. Əslən Cənubi Azərbaycanın Xoy şəhərindəndir, ulu babaları Xoy və Şəkinin xanları, atası İsgəndər xan çar Rusiyasının generalı olub. F.Xoyski 1906-cı II Dövlət Dumasının deputatı seçilib. Xalq Cümhuriyyətinin 1-3-cü hökumətlərində baş nazir (may 1918 - mart 1919) olub, 5-ci hökumətdə (dekabr 1919 - aprel 1920) xarici işlər naziri işləyib. 1920-ci il iyunun 19-da Tiflisdə erməni terrorçuları tərəfindən qətlə yetirilib.
   25 noyabr 1893 - Türk mədəniyyəti tarixində əlamətdar hadisə baş verib. Danimarkalı alim Vilhelm Tomsen ilk dəfə qədim türk mədəni abidəsi olan Orxon-Yenisey daş kitabələrindəki yazıların oxunması barədə məlumat verib. İlk olaraq «Tanrı» və «türk» sözlərini oxumağa müvəffəq olan alim qədim türklərin yazı mədəniyyəti və əlifbası barədə kəşfi ilə dünya elminə və türkologiya tarixinə dəyərli töhfə verib.
   
   25 noyabr 1901 -Xalq artisti Mərziyyə Yusif qızı Davudova (1901- 6.1.1962) Həştərxanda doğulub. Həştərxanda “İqbal” məktəbində tamaşalarda oynayıb. Hüseyn Ərəblinski Həştərxanda qastrolda olarkən gənc qızın oyununu bəyənib və onu Bakıya dəvət edib. 1920-ci ildə teatra gələn və taleyini əbədi olaraq teatra bağlayan Mərziyyə Davudova Azərbaycan teatr sənətinin inkişafında misilsiz xidmət göstərib. Görkəmli aktyor və rejissor Abbas Mirzə Şərifzadənin həyat yoldaşı olub.
   25 noyabr 1918 - Tanınmış yazıçı-dramaturq İmran Qasımov (1918 - 20.4.1981) anadan olub. «Uzaq sahillərdə» romanının (Həsən Seyidbəyli ilə birgə), povest və hekayələrin, pyeslərin, bir sıra filmlərin («Bizim küçə», «İnsan məskən salır», «Onun böyük ürəyi» və s.) ssenarilərinin müəllifidir.
   25 noyabr 1935 - Şair Soltan Sərdar oğlu Yusifov anadan olub.
   25 noyabr 1935 - Əməkdar artist, xanəndə Qaraxan İmran oğlu Behbudov anadan olub.
   
   25 noyabr 1994 - Xalq artisti Məmməd Burcəliyev (25.4.1914 - 1994) vəfat edib. Gəncə Dövlət Dram Teatrının səhnəsində çoxsaylı obrazlar qalereyası yaradıb. “Dəli Kür”(Allahyar), “Qəm pəncərəsi (Rəşid bəy), “Köhnə bərə (İbrahim) və s. filmlərdə çəkilib.
   
   Dünya
   
   24 noyabr 1632 - Niderland filosofu, rasionalizm cərəyanının tanınmış nümayəndəsi Benedikt Spinoza (Benedictus de Spinoza, 1632-1677) anadan olub.
   24 noyabr 1888 -Amerika psixoloqu və yazıçısı, praktik psixologiya üzrə məşhur kitabların müəllifi Deyl Karneqi (Dale Breckenridge Carnegey, 1888 - 1955) anadan olub.
   24 noyabr 1913 - Məşhur Amerika (irland əsilli) aktrisası Ceraldin Fitscerald (Geraldine Fitzgerald, 1913 - 17.7.2005) anadan olub.
   24 noyabr 1934 - Görkəmli Rusiya (alman əsilli) bəstəkarı, pianoçu və musiqi nəzəriyyəçisi Alfred Şnitke (1934-1998) anadan olub.
   24 noyabr 1941 - Məşhur rus teleaparıcısı, “KVN” (“Şən və Hazırcavablar Klubu”) verilişlərinin rejissoru Aleksandr Maslyakovun doğum günüdür.
   24 noyabr 1948 - Amerika fantast-yazıçısı Spayder (Pol) Robinson (Spider Robinson) anadan olub.
   
   24 noyabr 1954 - Tanınmış serb kinorejissoru Emir Kusturitsa (Emir Kusturica) keçmiş Yuqoslaviyanın Sarayevo (indiki Bosniya-Herseqovinanın paytaxtı) şəhərində doğulub.
   24 noyabr 1991 - Dünya şöhrətli britaniyalı rok ifaçısı, məşhur “Queen” rok qrupunun yaradıcısı, fars (bəzi mənbələrə görə, azərbaycanlı) əsilli Freddi Merkuri (Freddie Mercury, əsl adı Fərrux Bülsara, 5.9.1946, Zənzibar (İran) - 1991, London) vəfat edib.
   
   25 noyabr 1562 - Görkəmli ispan yazıçı-dramaturqu, şair Lope de Veqa (Felix Lope de Vega y Carpio, 1562 - 27.8.1635) anadan olub.
   25 noyabr 1820 - Rus yazıçısı və naşiri Mixail Mixayloviç Dostoyevski (1820-1864) anadan olub. Görkəmli mütəfəkkir yazıçı Fyodor Mixayloviç Dostoyevskinin (1821-1881) qardaşıdır.
   
   25 noyabr 1889 - Məşhur türk yazıçı-dramaturqu Rəşad Nuri Güntəkin (1889 - 13.12.1956) anadan olub. “Çalı quşu”, “Dodaqdan qəlbə”, “Yarpaq tökümü” və s. romanları əsasında populyar filmlər çəkilib.
   25 noyabr 1924 - Yapon şairi, filosof və ədəbiyyatşünas Takaaki Yosimoto anadan olub.
   25 noyabr 1925 - Rus aktrisası, SSRİ Xalq artisti Nonna Viktorovna Mordyukova (1925-2008) anadan olub.
   25 noyabr 1926 - Amerikalı fantast-yazıçı Pol Andersonun (Poul William Anderson) (1926 - 2001) doğum günüdür.
   25 noyabr 1938 - Rus rəssamı, məşhur qrafik və plakat ustası Mixail Nikolayeviç Avvakumov anadan olub.
   25 noyabr 1951 - Amerika yazıçısı, detektiv seriallar müəllifi Şarlin Harris (Charlaine Harris) anadan olub.
   
   Hazırladı: Vüqar Orxan







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar