...20 Yanvar faciəsindən bizi nə az, nə çox, 21 illik zaman məsafəsi ayırır. 21 il əvvəl xalqımıza bəla gəlmişdir. Bu bəlanın ağrıları hər birimizin ürəyindən keçməliydi. Keçdi də...
   21 il əvvəl başımız üstündə dolaşan “qan buludunu” ilğıma bənzədirdik. Yanıldıq, başımıza dərd, bəla, qan yağdı...
   21 il əvvəl 70 il “böyük qardaş” deyib başa çıxardığımız kəslərin “qılıncı bizləri kəsməz” söyləyirdik. O gecə o qılınc nəyinki kəsdi, həm də doğradı, xıncım-xıncım etdi...
   21 il əvvəl yanvarın 19-dan 20-nə keçən gecə keçmişlə gələcək üz-üzə dayanıb seçmək əmri verdi: Olum, ya ölüm! Biz ölümü seçmirdik, biz Azadlıq istəyirdik. Nə yazıq ki, Azadlığa gedən yol ölümdən keçirdi...
   O gecənin səhəri gözlərini 20 Yanvar səhəri - “şəhidlər səhəri”, “şəhidlik səhəri” kimi açdı...
   ...21 ildən sonra dönüb yenidən 21 il əvvəlki faciəmizə baxırıq. 20 Yanvardan bu yana başımıza olmazın fəlakətlər gəldi, Vətən yaralandı, Şəhidlər Xiyabanı böyüdü, 20 Yanvardan başlayan müsibətlərimiz bitib-tükənmədi...
   21 ildən sonra tarixin yaddaşında əbədiləşmiş şəhidlərimizin qranitdən boylanan iti baxışları bizlərdən 21 il əvvəlki sualın cavabını istəyir: “Bizim günahımız nə idi?”
   Elə müsibətlər var ki, zamana sığmır. 20 Yanvar faciəsindən 21 il də, 121 il də keçəcək. Axıdılmış qanımız, sındırılmış iradəmiz, tapdanmış hüquqlarımız üçün tarix qarşısında cavab verənlər necə, tapılacaqmı?
   
   Təranə Vahid







Bu kateqoriyaya aid digər yazılar

Новости

E-qəzet (pdf)

Calendar


Be
Ça
Ç
Ca
C
Ş
B

Xüsusi buraxılışlar