Azərbaycan heykəltəraşlığının banilərindən biri, Xalq rəssamı Fuad Həsən oğlu Əbdürrəhmanov 1915-ci il mayın 11-də Şəki şəhərində anadan olub. 1929-1932-ci illərdə Azərbaycan Dövlət Rəssamlıq Texnikumunda oxuyub. 1935-1939-cu illərdə Y. Repin adına Leninqrad (Sankt-Peterburq) Boyakarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunda təhsilini davam etdirib.
F.H.Əbdürrəhmanov yaradıcılığa portret janrı ilə başlayıb. 30-cu illərdə ən görkəmli ədəbiyyat və mədəniyyət xadimlərinin büst-portretlərini (Ə.B.Haqverdiyev, M.F.Axundov, Ü.Hacıbəyli, A.Zeynallı və s.) yaradıb. Heykəltəraşın ilk monumental əsəri olan dahi şair Füzulinin heykəli (1939) Nizami adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin lociyasında ucaldılıb.
Xalq rəssamı mahir portret ustası kimi tanınıb. Onun 1947-1962-ci illərdə yaratdığı S.Bəhlulzadə, R.Mustafayev, H.Aslanov (qəbirüstü abidə), B.Bağırova, S.Vurğun və başqalarının portretləri obrazların fərdi xüsusiyyəti, xarakterlərin dolğun həlli ilə səciyyələnir.
Geniş yaradıcılıq diapazonuna malik Əbdürrəhmanov elm və mədəniyyət xadimlərinin, müharibə və əmək qəhrəmanlarının surətlərini canlandıran heykəl qalereyası yaradıb. Sənətkarın ən görkəmli heykəltəraşlıq əsərləri sırasında dahi Nizami Gəncəvinin Bakıda və Gəncədəki abidələri (hər ikisi tunc, qranit), Bakıda S.Vurğunun abidəsi (tunc, qranit), Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin monumental abidəsini (tunc, qranit), “Azad qadın” heykəlini (tunc, qranit) və s. qeyd etmək olar.
Azərbaycan milli heykəltəraşlığının təşəkkülündə və inkişafında Fuad Əbdürrəhmanovun misilsiz xidmətləri olub. Sənətkar 1942-1948-ci illərdə Ə.Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində dərs deyib.
Görkəmli heykəltəraş 1971-ci il iyunun 15-də vəfat edib. Bakıda xatirə muzeyi var.