Mayın 5-də Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə Akademik Milli Dram Teatrında görkəmli rejissor və aktyor, SSRİ Xalq artisti Adil İsgəndərovun 100 illik yubiley mərasimi keçiriləcək. Yubiley gecəsində mədəniyyət xadimləri, tanınmış incəsənət ustaları, sənətsevərlər iştirak edəcəklər. Xatırladaq ki, böyük sənətkar vaxtilə Milli Dram Teatrının baş rejissoru işləyib.
   Adil İsgəndərovun (1910-1978) 100 illik yubileyi ötən il tamam olub. Lakin Milli Dram Teatrının binasında təmir işləri aparıldığı üçün yubiley tədbiri ertələnmiş və təmir işləri başa çatandan sonra keçiriləcəyi bildirilmişdi. Yubiley tədbirində A.İsgəndərovun vaxtilə quruluş verdiyi «Vaqif», «Otello», «Şeyx Sənan» və digər tamaşalardan parçalar oynanılacaq. Bununla yanaşı A.İsgəndərovun oynadığı tamaşalardan fraqmentlər də təqdim olunacaq.