Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, ümummilli lider Heydər Əliyevin anadan olmasının 88 illiyi münasibətilə Bakı Şəhər İcra Hakimiyyəti paytaxtda Gül bayramı təşkil edəcək. Bayram şənliyi mayın 10-da saat 11.00-dan 19.00-dək Heydər Əliyev Sarayının qarşısındakı parkda keçiriləcək.
   Saat 21.00-da Milli Parkın ərazisində saat qülləsi yanında incəsənət ustalarının iştirakı ilə konsert və möhtəşəm atəşfəşanlıq olacaq.