Prezident İlham Əliyev mayın 10-da Anar Rəsul oğlu Rzayevə Heydər Əliyev Mükafatının verilməsi barədə sərəncam imzalayıb. Xalq yazıçısı Anar bu yüksək mükafata Azərbaycan ədəbiyyatının inkişafında xüsusi xidmətlərinə görə layiq görülüb.