“Beynəlxalq səviyyəli bütün müsabiqələrə qələbə əzmiylə hazırlaşmaq lazımdır. Azərbaycanın “Eurovision-2011” mahnı müsabiqəsində təmsilçiləri yarımfinalında uğurla çıxış etdilər”. Bu barədə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev jurnalistlərə müsahibəsində bildirib. Nazir qeyd edib ki, müsabiqədə rəqabət çox güclüdür: “Amma Azərbaycanı təmsil edən Eldar və Nigar pis çıxış etmədilər. Ümidvaram ki, nəticə yaxşı olacaq”.