Mayın 17-dən 28-dək Türkiyənin Antalya şəhərində beynəlxalq teatr festivalı keçiriləcək. Festival çərçivəsində mayın 19-da TÜRKSOY-a üzv ölkələrin dövlət teatrları rəhbərlərinin toplantısı olacaq. Tədbir TÜRKSOY-un Baş katibliyi və Türkiyə Mədəniyyət və Turizm Nazirliyi Dövlət Teatrları İdarəsinin təşkilatçılığı ilə keçiriləcək. Toplantının gündəliyinə TÜRKSOY Teatrlar Birliyi və Teatr Direktorları Şurasının yaradılması məsələləri salınıb.
   Türkiyə, Qazaxıstan, Qırğızıstan, Tatarıstan, Başqırdıstan, Şimali Kipr, Xakasiya, Altay və Çuvaşıstan dövlət dram teatrları rəhbərlərinin iştirak edəcəyi toplantıda ölkəmizi Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov təmsil edəcək.