Mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin rəhbərlik etdiyi nümayəndə heyəti mayın 17-dən 19-dək keçiriləcək 11-ci Qlobal Səyahət və Turizm Sammitində iştirak etmək üçün ABŞ-ın Las-Veqas şəhərinə gedib. Sammitdə turizm sənayesinin yeni inkişaf mərhələləri, bu sahədə infrastruktur və texnologiyaların yaratdığı imkanlar və digər məsələlər üzrə müzakirələr aparılacaq. Sammit çərçivəsində nazirin Dünya Turizm Təşkilatının baş katibi Taleb Rifai ilə də görüşü planlaşdırılır. Tədbirlərdə Ə.Qarayevi nazirliyin Beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsinin müdiri Nazim Səmədov və Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin sədri Nahid Bağırov müşayiət edəcək.